Mingəçevir Sənaye Parkının imkanları genişlənir-VİDEO+FOTO

Mingəçevir Sənaye Parkı Cənubi Qafqazın ən böyük yüngül sənaye parkına çevrilib.

Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilir və tekstil sahəsində beynəlxalq markaya çevrilir. Müəssisədə hər bir işçi öz vəzifəsini lazımi qaydada icra edir.Onu da vurğuluyaq ki,işçilərin əksəriyyəti gənclərdir. Onlar müəssisədə var qüvvələri ilə çalışırlar.

“Mingəçevir Tekstil”MMC 2018-ci il fevral ayının 27 dən fəaliyyətə başlayaraq ta bu günə qədər fasiləsiz 3 növbə ilə fəaliyyətini davam etdirir.Müəssisədə 600-nəfərə yaxın işçi çalışır,hazırda 4 növbədə çalışırlar və hər növbədə 53 işçi fəaliyyət göstərir. Onlardan əsas işçilər Mingəçevir və Mingəçevir ətrafı rayonların işçiləridir və işçilərin 80% gənc nəslin nümayəndələridir.

Qeyd edək ki,gənclərin böyük əksəriyyəti ali təhsilli gənclərdir. Gənclərlə yanışı müəssisədə yaşlı nəslin peşəkar qabaqcıl mütəxəssisləri də var. Müəssisədə heç bir xarici mütəxəssis çalışmır,hamsı bacarıqlı yerli mütəxəssilərdir . Onlardan biri də ömrün-günün bu sahəyə həsr edən qabaqcıl işçilərdən biri növbə rəisi Rövşən Abdullayevdir. Bu günlərdə Rövşən Abdullayevlə həmsöhbət olduq.

Ətraflı videomaterialda:

Müəssisədə istifadə olunan xammal öz yerli xammalımızdır.Satış isə əsas xarici bazarlardı,80% Türkiyə bazarına,öz daxili bazarlarımız və Rusiya bazarlarıdır.Belə demək mümkünsə artıq Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəssisəsidir.Onu da qeyd edək ki, fabrikdə İstehsal prosesində Almaniya, Yaponiya, İsveçrə, Hindistan və İtalya kimi ölkələrdə yüksək texnologiyalarla hazırlanmış avadanlıqlardan istifadə edilir.

Esmira Hidayətova,

Mingəçevir