Mingəçevirdə iki məktəb birlikdə “Zəfər Dastanı” adlı tədbir keçirdi-FOTOLAR

Milli Qəhrəman D.Nağıyev adına Mingəçevir şəhər 9 №-li tam orta məktəbi nümunəvi addımıyla yadda qalıb.

Kanal32.az-ın məlumatına görə noyabrın 4-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı Onbirillik musiqi məktəbinin və Mingəçevir şəhər D.Nağıyev adına 9 №-li tam orta məktəbin birgə təşkilatçılğı ilə “Zəfər Dastanı” adlı tədbir keçirilib.

Tədbirdə Şəhid ailələri, qazilər, Mingəçevir Təhsil sektorunun və YAP Mingəçevir şəhər təşəkilatının məsul əməkdaşları,media təmsilçiləri və məktəb kollektivi iştirak edib. Qonaqlar öncə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra iştirakçılar məktəbdəki STEAM Mərkəzi ilə tanış olublar. Mərkəzin koodinatoru buranın iş faəliyyəti, icra olunan layihlər,uşaqların əl işləri, robortlar və avadanlıqlar haqqında məlumat verib. Bildirilib ki, ümumilikdə Mingəçevir üzrə 21 müəllim STEAM layihəsi üzrə təlimlərdən keçib və bayihə 575 şagirdi əhatə edir.

Daha sonra tədbirin rəsmi və bədii hissəsi başlayıb. Dövlət himnimiz səsləndirilib, torpaqlarımızın azadlığı, suvernliyi uğurunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Mingəçevir şəhər 1 №-li 11 illik musiqi məktəbinin Xarıbülbül ansamblının müşayəti ilə şagidlərin ifasında biri-birindən gözəl vətəpərvlik mahnıları ifa olunub.

9 №-li tam orta məktəbin şagirdləri şeirlər səsləndirib, müxtəlif janrlarda ədəbi-bədii və müsiqili kompozisiyalar nümayiş etdiriblər. Onların ifasında təqdim olunan milli rəqslərimiz bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb. Hər iki məktəbin birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbirə xüsusi rəng qatan şagirdlərədən ibarət anasanbıl və ifa olunan musiqi və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda 9 №-li tam orta məktəbin direktoru Fərqanə Niyazova çıxışı edərək tədbrin ərsəyə gəlməsində əməyi keçənlərin hər biriniə, eyni zamanda Şəhid ailələrinə, qazilərə və qonaqlara iştiraklarından dolayı minnətdalığını ifadə edib. O həmçinin bildirib ki, məktəbimizdə Ulu öndər Heydər Əliyevin 100 illik yubiliyi, Mingəçevrin 75 illiyi və qazandığımız zəfərlə bağlı müxtəlif səpkili tədbirlərin, bilik yarışlarının, inşa müsabiqələrinin keçirilməsi istiqamətində də fəaliyyətlərini davam etdirilər.

Digər çıxış edənlər-YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Rauf Qaffarov, EL və Kanal S televiziyalarının aparıcısı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli, valideyn-Vətən müharibəsinin iştirakçısı,kapitan Elmar Allahverdiyiv  Zəfər Dastanı” tdəbrinin yüksək səviyyəd təşkil olunduğunu, bu qəbildən olan vətənpərvəlik mövzusundakı tədbirlərin şagirdlərinin milli ruhda formalaşmasındakı rolundan danışıblar. Şəhidlərimizə, qazilərimizə sayğı və ehtiramlarını ifadə ediblər. Qazandğımız BÖYÜK ZƏFƏRİN  çağdaş tariximizin şanlı səhifəsi olduğunu və öz adlarını tariximizə qızıl hərflərlə yazan Ali Baş komandan İlham Əliyevin və Azərbaycan Ordusunun döyüşçülərinin gələcək nəsillərə örnək olacaq misilsiz xidmətlərindən danışıblar.

 

 

KANAL32.AZ