Mingəçevirdə ŞPŞ-nın Dövlət Yol Polisi bölməsi tərəfindən maarifləndirici tədbir keçirilib-FOTO

07 fevral 2026-cı il tarixdə Mingəçevir Kür Hazırlıq Mərkəzində Mingəçevir Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları yol hərəkətinin təhlükəsizliyinə dair orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib.

Kanal32.az xəbər verir ki,görüşdə  Dövlər Yol Polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru Abuzər İsmayılov,bölmənin əməkdaşı Nahid Cəfərov , media təmsilçiləri,kursun müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan kursun direktoru Rubail Nəbiyev polis əməkdaşlarına şagirdlərin maariflənməsi üçün keçirdikləri tədbirə görə minnətdarlıq bildirib.

Polis əməkdaşları çıxış edərək profilaktik tədbirlərin keçirilməsinə, təbliğat işlərinin aparılmasına önəm verildiyini qeyd ediblər.Qeyd olunub ki, yol polisi olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparılır. Əvvəl hərəkətin təşkil edilməsi, daha sonra mərhələ təbliğatın aparılması, xidmət apardığımız ərazidə yol hərəkəti qaydalarını pozanlara inzibati tənbeh tədbirləri görməkdir ki, yol hərəkəti hadisələri sayının azalmasıdır.

Bugünkü tədbirimizin məqsədi təbliğat işinin gücləndirilməsinə yönəlik olduğunu deməklə məlumat üçün bildirim ki, qəza hadisələri sayının aşağı düşməsində, xüsusilə məktəbli, azyaşlı uşaqların həyat və sağlamlığının qorunmasında təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Bu baxımdan şəhər ərazisində yerləşən təhsil müəssisələri və yaxud təhsiləqədər müəssisələrdə bu tədbirlərin keçirilməsi və keçirilən görüşlərdə azyaşlı uşaqlara yol hərəkəti qaydalarından izahat işlərinin aparılması və təhlükəsizlik qaydalarının aşılanması öndə gedən məqsədimizdir.

Maarifləndirici tədbirdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq İnqilab Şirinli qeyd edib ki,bizdə şahidi oluruq ki,polis əməkdaşları mütamadi orta məktəblərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verir və yolda daha diqqətli olmaları tövsiyə edilir:” Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunması vacibdir.”.

Bu görüşdə şagirdlər çox fəal iştirak ediblər.Onları maraqlandıran sualları pols əməkdaşlarına ünvalayıblar.Tədbir qarşılıqlı sual-cavabla başa çatıb.

                          

Esmira Hidayətova