“Neftçi” klubunun baş məşqçisi: Nəticə və oyundan razıyam

Bakı, 5 avqust, AZƏRTAC

Çox yaxşı oynadıq və 3 real qol epizodundan yararlana bilmədik. Nəticə və oyundan razıyam. Növbəti matça köklənməliyik.

AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyanın “Rapid” (Vyana) komandasını qəbul edən Bakının “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, son saniyələrdə qol buraxmaq çox üzücüdür. Amma səmimi olsaq, rəqib qoldan əvvəl də belə bir imkanları var idi. Bizim üçün heç nə dəyişməyib. Səfərdə də öz oyunumuzu oynayıb qalib gəlməyə çalışacağıq.

“İkinci yarıda rəqibə boş sahə və düşünmək üçün vaxt verdik. Matçın sonlarında komandam tapşırıqları yerinə yetirməyə hazır deyil. Bu əvəzetmələrlə bağlı ola bilər”, – deyə baş məşqçi əlavə edib.

Təcrübəli baş məşqçi qələbənin asan başa gəlmədiyini vurğulayıb: “Bu, bizim üçün motivasiyadır. Nəyi düzgün etmədiyimizi analiz etməli, toparlanmalı və komandanı çempionat oyununa da hazırlamalıyıq. Bundan sonra görəcəyimiz işlərə baxa bilərik”.

L.Regekampf bəzən Avstriyada havanın buradakından daha isti olduğunu əlavə edib: “Uzun müddət orada yaşamışam. Ümidvaram ki, hava daha sərin olacaq. Amma bu gün hava şəraiti təkcə bizə təsir etmədi. Məncə, bu gün üzərimizdə təzyiq daha da çox idi. İlk saniyələrdən futbolçularım böyük pressinq tətbiq etdilər. Bunun üçün də uzun sprintlər tələb olunurdu. Düşünürəm ki, Eddi İsrafilov bunun kimi daha 3 oyun keçirə bilər. Yaxşı fiziki göstəricilərə malikdir. Amma hava ona da təsir etdi. Soruşanda cavab verdi ki, nəfəs ala bilmirəm. Bu hal digər futbolçulara qarşı da baş verdi. Hər hansı səbəb axtarmaq istəmirəm. Müəyyən çətinliklərimiz oldu. “Aris”lə matçda çoxlu güc itirdik. Bu gün də yaxşı başladıq və iki qol vurduq”.

O, səfər görüşünün çox ağır olacağını vurğulayıb: “Rapid” təhlükəli rəqibdir. Bir az yerə düşməliyik. Səfərdə asan olacağını düşünmək olmaz. Oraya 100 faiz hazır getməliyik”.

Qeyd edək ki, “Neftçi” – “Rapid” oyununda Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

 

AZERTAG.AZ :“Neftçi” klubunun baş məşqçisi: Nəticə və oyundan razıyam

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]