Politoloq İnqilab Şirinli:” Rusiya hakimiyyətinin zorakılığına adekvat cavabımız belə olmalıdır…”

Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,plotoloq İnqilab Şirinli iyunun 27-də Yekaterinburqda işğalçı Rusiyanın güc strukturları tərəfindən törədilən qətliama və zorakılığa görə Azərbaycan tərəfinin atacağı addımlardan yazıb və olduqca diqqətçəkən təkliflər verib.

Azbelediyye.az İnqilab Şirinlinin feysbuk hesabındakı paylaşımını təqdim edir:

İğşalçı Rusiyanın azərbaycanlılara qarşı terror xarakterli addımına adekvat cavabımız sivil qaydada aşağıdakılardan ibarət olmalıdır:
1. Ölkədə dövlət büdcəsindən maliyyələşən bütün rusdilli məktəblər və uşaq bağçaları, o cümlədən, digər məktəblərdəki rus bölmələri ləğv edilməli;
2. Məcburiyyətdən doğan bəzi hallar istisna olmaqla rus dilində danışan Azərbaycan vətəndaşları 200 manatdan 2000 manata kimi(fiziki,hüquqi və vəzifəli şəxslər təsnifatına bölünməklə) cərimə olunmalı;
3. -ov,-yev soyad sonluqları dəyişdirilməli və rəsmən qadağan olunmalı:
4. Üçüncü MDB oyunlarında Rusiyanın iştirakına icazə verilməməli;
5. Rusiyaya bağlı olan ali məktəblərin fəaliyyəti məhdudlaşdırılmalı;
6. Azərbaycanda Rusiya telekanallarının yayımı dayandırılmalıdır…
İnqilab Şirinli digər açıqlamasında isə bildirib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin alçaqcasına həyata keçirdiyi “əməliyyat” təkcə hüquqi zorakılıq deyil,bu həm də siyasi və ideoloji zorakılıqdır. İşğalçı dövlətin terrorçu mahiyyətinin göstəricisidir!