Yevlaxın icra başçısı Şəhid ailəsinə hörmətsizlik edib!?-VİDEO+FOTOLAR

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Şəhid ailəsinə hörmətsizlik edib?

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Səfərov Gökan İlqar oğlunun ailəsi Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin sərt sözləri ilə sarsılıblar.

Ailə yerli icra hakimiyyəti tərəfindən onlara edilən bu hörmətsizliyi,biganə münasibəti qəbul edə bilmir. Problemləri ilə icra başçısına müraciət edən şəhid anası Nəsibə xanım deyir ki,31 ildi məskunlaşdıqları Yevlax rayon Aran qəsəbəsinin yarımçıq tam şəraitsiz bir tikilisində güclü küləklər nəticəsində evin damı yarasız vəziyyətdə düşüb.Nəticədə yağan yağış onların başına yağır. Ailə Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Müraciətə əsasən tikiliyə baxış keçirilib və yarasız vəziyyətdə olması təsdiqlənib.

Amma görünüən odur ki, adı zaman-zaman vətəndaşlara,məcburi köçkünlərə və qazilərə qarşı saymazyana münasibətlərdə hallanan icra başçısı Anar Tağyevin  dünya vecinə deyil.Çünki öz oturduğu yer rahat,kamfortlu və istidir.

Şəhid ailəsinin müraciəti əsasında həmin ünvanda olduq. Ailənin problemləri ilə yaxından maraqlandıq. Həqiqətən də yarımçıq bir şəraitsiz tiklidə yaşamaq heç cürə mümkün olmadığının şahidi olduq.Şəraitsizlikdən Nəsibə xanım səhhətində müxtəlif xəstəliklər tapıb.Şəhid anası 3 oğul övladını həmin bu şəraitsiz bir ünvanda boya-başa çatdırıb. Ailənin heç bir yerdən gəliri yoxdur. Xanım iş üçün müraciət etsədə işlə də təmin olunmayıb. 31 il əvvəl yaşadıqları Ağdam torpaqlarından məcburi köçkün düşən ailə bu günə kimi çətin,dözülməz bir şəraitdə yaşayır.

Azbelediyye.az  “Kanal55”-ə istinadla Şəhid ailəsinin vixdeomüraciətini təqdim edir:

Biz Şəhid ailəsinin üzləşdiyi acınacaqlı durumu çəkib göstərdik. İndi əməli faəliyyət keçmək qalır Yevlax Rayon İcra Hakimiyyətinin  və digər yerli qurumların rəhbərlərinin vicdanına…

Qeyd edək ki,Səfərov Gökhan İlqar oğlu 2005-ci il mart ayının 20-də Mingəçevir şəhərində anadan olub. Yaşadıqları ünvanda şəraitsiz vəziyyət olduğuna görə uşaqlar və Gökhan Səfərov orta təhsillərini bibilərinin yanında qalaraq Mingəçevir şəhər Nəriman Nərimanov adına 1 saylı tam orta məktəbə gediblər. Gökhan Səfərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Gökhan Səfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 

Redaksiya olaraq Yevlax Rayon İcra Hakimiyyətinin mövqeyini işıqlandırımağa hazırıq.

Esmira Hidayətova,

Yevlax