Bakı, 4 avqust, AZƏRTAC
Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının avqustun 4-də ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri – iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov iştirak ediblər.
Müşahidə Şurasının sədr və üzvlərinin təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevə minnətdarlığını bildirərək iclası açan Vahid Hacıyev onlara olan etimadı doğruldacaqlarını qeyd edib. İclasda xüsusi olaraq artıq öz doğma yurd-yuvalarına qayıdan Ağalı sakinlərinin vəziyyəti və sonrakı mərhələlərdə köçürüləcək əhalinin qayıdışının və rifahının tam təmin edilməsi vurğulanıb.
Daha sonra iqtisadi rayondakı mövcud vəziyyət, yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və hədəflər ətraflı müzakirə edilib. Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin vaxtında, düzgün, şəffaf təmin olunması, eləcə də gələcəkdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda növbəti iclasın tarixi müəyyən edilib.
AZERTAG.AZ :Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının ilk iclası keçirilib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
[ad_2]