Sınmayan iradə “Üfiqdə parlayan işıq”-FOTOLAR

Gənclər arasında əzmkarlıq nümunəsi sayılan tələbənin Sınmayan iradə “Üfiqdə parlayan işıq” kitablnın təqdimat mərasimi keçirilib .

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Marketinq” ixtisası üzrə 2-ci kurs tələbəsi olan Nurməhəmməd İsmayıllının müəllifi olduğu kitab istedadlı gənc yazarın təhsil aldığı ali məktəbdə ilk dəfə oxuculara təqdim olunub.

Qeyd etmək lazımdır ki, müəllifin özü də fiziki problemlərdən əziyyət çəkməyinə rəğmən ortaya qoyduğu iradə sayəsində indiyədək çox böyük uğurlara imza atıb.Elə SINMAYAN İRADƏ “Üfüqdə parlayan işıq” kitabı da bu bu baxımdan müəllifin real həyat təcrübəsinə əsaslanan motivasiya xarakterli bir əsərdir. Burada fiziki və mənəvi çətinliklərə qarşı göstərilən “sınmayan iradə”, ümidsizliyə qapılmadan hədəfə doğru addımlamağın yolları və insanın öz daxili gücünü kəşf etməsi mövzuları əks olunub. Müəllif öz nümunəsində sübut edir ki, heç bir maneə xəyalların reallaşmasına mane ola bilməz.

Yaxın gələcəkdə əsərin Prezident Kitabxanasında sərgilənməsi də nəzərdə tutulur. Nurməhəmməd İsmayıllı sadəcə bir yazar deyil, həm də öz həmyaşıdları arasında əzimkarlıq rəmzi kimi tanınır, gəncləri təhsilə və özünüinkişafa səsləyir.

 Ehtram Muradlı