Solovyovun Azərbaycana yeni qarşı təxribatı (video)

Vladimir Solovyov Azərbaycana qarşı növbəti təxribat törədib.

Erməni millətçisi David Babayanı özünün “Tam Contact”( «Полный контакт») verilişinin efirinə çıxarıb. Üstəlik, o, onu “Dağlıq Qarabağın Xarici İşlər Naziri” kimi təqdim edib. Erməni faşisti bu vəziyyətdən istifadə edərək “Artsax”ın Azərbaycanın tərkib hissəsi olmayacağını, “ermənilərin minilliklər boyu burada yaşayacağını” iddia etməyə başlayıb. Qarabağ “həmişə erməni torpağı olub” kimi işğalçılıq niyyətlərini gizlətməyib. Bir sözlə, o, Azərbaycanın ərazi bütövlüyünə qarşı sistemli hücumlarına görə hazırda bloklanan RİA Novosti saytının yolu ilə gedib.

Üstəlik, Rusiya Xarici İşlər nazirinin səfəri zamanı Bakıda Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi haqqında saziş imzalanandan bir neçə gün sonra Vladimir Solovyov Azərbaycana qarşı təxribat törədib. Saziş dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı bu cür hücumların qarşısının alınmasını nəzərdə tuturdu.

Bəs onda belə bir təxribatı necə başa düşmək olar? Baş təxribatçı Vladimir Solovyov Sergey Lavrovun Bakıda konkret nəyi imzaladığını bilmir? Bəlkə Solovyov sadəcə olaraq Lavrovun Azərbaycanla bağlı Bakıda imzaladığı sənədlərə əməl etməyi lazım görmür? O zaman sual olunur “RUSİYANIN İMZALADIĞI SƏNƏDLƏRƏ ETİBAR ETMƏK OLARMI?” Hesab edirik YOX, çünki ikibaşlı oyun təəssüratı yaranır. Bir tərəfdən rəsmi sənəd imzalayır, digər tərəfdən qudurmuş itlərinə informasiya hücumu əmrini verir

Bu və ya digər şəkildə Azərbaycan auditoriyasının Sergey Lavrovun Bakıda imzaladığı müqavilənin işçi sənəd olub-olmadığı sualına cavab almaq hüququ var. Çünki müqavilələrə əməl etmək ikitərəfli öhdəlikdir.

Azərbaycan rəsmi orqanları işğalçıların, təxribatçıların, separatçıların təbliğatını aparan informasiya kanallarının yayımını mütləq dayandırmalıdır.