Müasir dövrdə ictimai münasibətlərin çoxşaxəli xarakter alması və qlobal transformasiyaların milli səviyyədə təsirlərinin artması elmi əsaslı qərarvermə mexanizmlərinin rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu şəraitdə sosial tədqiqatlar sahəsində fəaliyyət göstərən beyin mərkəzləri dövlət-cəmiyyət münasibətlərinin təhlili, ictimai rəyin öyrənilməsi və sosial siyasətin formalaşdırılması baxımından mühüm institusional aktorlara çevrilib.
Bu çağırışlar fonunda Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli 525 nömrəli Fərmanı ilə təsis edilən Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət idarəçiliyində tədqiqat əsaslı yanaşmanın tətbiqi, ictimai-siyasi və sosial-iqtisadi proseslərin elmi təhlili, habelə dövlət-cəmiyyət münasibətlərində məlumatlı qərarların dəstəklənməsi məqsədilə fəaliyyətə başlayıb.
STM sosial elmlər üzrə multidisiplinar tədqiqatlar sahəsində aparıcı beyin mərkəzlərindən biri kimi 7 illik (2019 – 2025) fəaliyyəti dövründə ictimai rəy sorğuları, analitik hesabatlar, siyasət sənədləri, mövqe və arayış materiallarının hazırlanmasını təşkil edib, dövlət orqanları, aidiyyəti qurumlar və ictimaiyyət üçün davamlı məlumat mənbəyi formalaşdırıb. Bu müddət ərzində STM dövlət və cəmiyyət arasında etimadın möhkəmləndirilməsi, dövlət idarəçiliyinə ictimai iştirakçılığın artırılması və sosial proseslərin aktual istiqamətlərinin öyrənilməsi baxımından mühüm rol oynayıb.
Mərkəzin əsas missiyası Azərbaycan Respublikasında sosial proseslərin sistemli təhlili, ictimai rəyin öyrənilməsi və dövlətin strateji qərarlarının elmi əsaslarla dəstəklənməsidir. Mərkəzin fəaliyyətinin mərkəzində dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, sosial dialoqun təşviqi və ictimai etimadın artırılması dayanır.
Mərkəzin tədqiqat fəaliyyəti sosial elmlərin müasir metodoloji çərçivəsi əsasında formalaşdırılmış və ölkənin aktual sosial-siyasi gündəliyi ilə uzlaşdırılmış illik fəaliyyət planlarına əsaslanır. Bu fəaliyyət planları cəmiyyətdə baş verən proseslərin çoxölçülü təhlilini aparmağa, sosial dinamikanın əsas determinantlarını müəyyənləşdirməyə və strateji qərarların elmi əsaslandırılmasına xidmət edir.
STM beynəlxalq beyin mərkəzlərinin elmi ənənələrinə və qabaqcıl tədqiqat praktikalarına əsaslanaraq dövlət hakimiyyəti institutlarına, xüsusilə də Prezident institutuna münasibətdə ictimai rəyin sistemli və davamlı şəkildə öyrənilməsini həyata keçirir. Bu istiqamətdə aparılan sorğular Azərbaycanda müntəzəm əsasda icra olunan ilk kompleks tədqiqat nümunələrindən biri olmaqla yanaşı, beynəlxalq elmi ədəbiyyatda və qlobal tədqiqat praktikasında geniş tətbiq edilən “İnam indeksi” (Trust Index) metodoloji yanaşmalarına söykənir. Sözügedən metodologiya dövlət başçılarının fəaliyyətinə ictimai etibar və dəstək səviyyəsinin ölçülməsində yüksək etibarlılıq və müqayisəlilik göstəriciləri ilə seçilir. Bu silsilə tədqiqatların əsas məqsədi Prezidentin fəaliyyətinə ictimai münasibətin operativ şəkildə müəyyənləşdirilməsi, əldə olunan nəticələrin analitik təhlili, eləcə də rüblük monitorinqlərin müqayisəli qiymətləndirilməsi vasitəsilə ictimai rəyin dinamikasının və əsas meyillərinin izlənilməsindən ibarətdir. Bu yanaşma ictimai rəyin qısa və ortamüddətli dəyişikliklərinin elmi əsaslarla təhlilinə imkan yaradır. STM tərəfindən “Prezidentin fəaliyyəti ictimai rəydə – İnam indeksi” seriyası çərçivəsində ümumilikdə 15 tədqiqat layihəsi icra edilmişdir. Prezidentin genişmiqyaslı fəaliyyət spektrindən dövrlər və illər üzrə xüsusi aktuallıq kəsb edən əsas istiqamətlər seçilərək ictimai rəy sorğuları əsasında qiymətləndirilmiş, əldə olunan nəticələr sistemləşdirilmişdir.
STM hesabat dövründə həm əsas, həm də digər icraçı qurum qismində dövlət proqramlarının icrasında iştirak etmişdir. Mərkəzin institusional iştirakçılığı təkcə icra funksiyası ilə məhdudlaşmamış, eyni zamanda analitik müşayiət, ictimai rəyin öyrənilməsi və qiymətləndirmə mexanizmlərinin formalaşdırılmasını əhatə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planına uyğun olaraq STM dövlət xidmətlərinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində 4-cü prioritet sahə üzrə 4.9-cu yarımbənddə nəzərdə tutulan tədbirin əsas icraçı qurumu kimi müəyyən edilmişdir. Eyni zamanda Mərkəz həmin Tədbirlər Planının 1.7., 2.4., 2.17., 5.1., 6.2. və 6.9-cu yarımbəndləri üzrə digər icraçı qurumlar sırasında iştirak etmişdir. Mərkəz tərəfndən Tədbirlər Planının müvafq bəndləri üzrə nəzərdə tutulmuş tədbirlər illər üzrə icra edilmiş, bu istiqamətdə hazırlanmış hesabatlar mütəmadi olaraq hər ilin sonunda Dövlət Nəzarəti İnformasiya Sisteminə daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2025-ci il tarixli, 477 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 10-cu bəndinə əsasən STM əsas icraçı qurumlardan biri kimi müəyyən edilmişdir. Sözügedən bənd çərçivəsində Mərkəzin qarşısına yerli və xarici mütəxəssislərin iştirakı ilə dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, elmi-tədqiqat işlərinin aparılması, elmi əsərlərin, hüquqi şərhlərin, monoqrafyaların, elmi məqalələrin və tematik nəşrlərin hazırlanması vəzifələri qoyulmuşdur. Bu istiqamətdə 2025-ci il ərzində STM tərəfndən bir sıra mühüm elmi və təşkilati tədbirlər həyata keçirilmişdir. 5 noyabr 2025-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) və İstanbul Universitetinin Hüquq fakültəsinin (Türkiyə) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans çərçivəsində təqdim olunan materiallar əsasında 730 səhifəlik elmi toplu nəşr edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik İli’ elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 2-ci bəndinə uyğun olaraq STM tərəfndən təsis edilmiş “Sosial tədqiqatlar” elmi jurnalının xüsusi buraxılışı nəşr edilmişdir.
STM üçün dövlət qurumları və tərəfdaşlarla əməkdaşlıq təkcə təşkilati münasibətlər çərçivəsində deyil, eyni zamanda sosial, iqtisadi və humanitar sahələrdə aparılan tədqiqatların praktik nəticələrinin tətbiqi, analitik məlumat mübadiləsinin təşkili və ortaq elmi-praktik təşəbbüslərin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Mərkəz bir sıra mərkəzi icra hakimiyyəti orqanları, publik hüquqi şəxslər, müstəqil institutlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı fəaliyyətə əsaslanan əməkdaşlıq mexanizmləri formalaşdırmışdır.
Hesabat dövründə STM Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan İnvestisiya Holdinqi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mediasiya Şurası, digər dövlət və publik qurumlarla əməkdaşlıq əlaqələri qurmuş və birgə layihələr icra edilmişdir.
STM Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Tikinti İştirakçıları Assosiasiyası, Qiymətləndiricilər Palatası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası kimi peşəkar və sahəvi birliklərlə də əməkdaşlıq əlaqələri qurmuş, birgə tədqiqat, analitik layihələr və tədbirlər həyata keçirmişdir. Bu əməkdaşlıq çərçivəsində müvafq sahələr üzrə institusional problemlərin araşdırılması, normativ mühitin qiymətləndirilməsi və sektorun inkişaf perspektivlərinə dair analitik yanaşmalar formalaşdırılmışdır.
Mərkəz elmi və akademik əməkdaşlıq istiqamətində də fəaliyyətini genişləndirmiş, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə elmi-tədqiqat təşəbbüsləri, ekspert müzakirələri, analitik fəaliyyətlər və tədbirlər həyata keçirmişdir. Bu əməkdaşlıqlar sosial proseslərin nəzəri və empirik təhlilinin dərinləşdirilməsinə, elmi biliklərin praktik siyasət müstəvisinə inteqrasiyasına imkan yaratmışdır.
STM vətəndaş cəmiyyəti institutları və ictimai birliklərlə əməkdaşlığı ictimai iştirakçılığın genişləndirilməsi, sosial dialoqun gücləndirilməsi və qərarqəbuletmə prosesində ictimai rəyin daha dolğun şəkildə əks olunması baxımından mühüm istiqamət kimi qiymətləndirmişdir. Bu əməkdaşlıq modeli dövlət-cəmiyyət münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə və açıq idarəetmə prinsiplərinin təşviqinə xidmət etmişdir.
STM tərəfndən icra edilən sosioloji sorğular tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq ölkə üzrə ümumi əhalini, müəyyən regionları, habelə spesifk hədəf qruplarını əhatə edir. Məlumatların toplanılması prosesində müasir informasiya texnologiyalarına əsaslanan müxtəlif üsullardan — CATI (Computer Assisted Telephone Interviewing), CAPI (Computer Assisted Personal Interviewing), CAWI (Computer Assisted Web Interviewing) və PAPI (Paper and Pencil Interviewing) metodlarından istifadə olunur.
2019-2026-cı illər ərzində ölkənin 14 itisadi rayonunu və 153.200 respondenti əhatə edən 171 sosioloji sorğu (o cümlədən 161 yerli, 10 beynəlxalq) layihəsi həyata keçirilmişdir. Eyni zamanda keyfyyət əsaslı tədqiqatlara 600-ə yaxın respondent cəlb edilmişdir.
Beynəlxalq təcrübədə beyin mərkəzlərinin əsas güclü tərəflərindən biri onların “knowledge translation” – elmi biliklərin siyasət dilinə çevrilməsi bacarığıdır. STM bu funksiyanı analitik hesabatlar, təhlil və arayış sənədləri, həmçinin ictimai rəy əsaslı tədqiqatlar vasitəsilə həyata keçirir. Bu sənədlər dövlət idarəçiliyinin elmi əsaslarla təkmilləşdirilməsi, ictimai proseslərin əhatəli öyrənilməsi və qərarqəbuletmə prosesinin rasional məlumat bazası ilə təmin edilməsi məqsədi daşıyır. STM-in analitik məhsulları təkcə mövcud vəziyyətin təsviri ilə kifayətlənmir, eyni zamanda sosial proseslərin dinamikasını, struktur xüsusiyyətlərini və perspektiv inkişaf istiqamətlərini müəyyən etməyə yönəlir. Analitik fəaliyyət STM-də sistemli elmi yanaşma, metodoloji ardıcıllıq və nəticəyönümlü təhlil prinsipləri üzərində qurulmuşdur. Bu baxımdan hazırlanan sənədlər həm elmi-analitik, həm də tətbiqi idarəetmə baxımından əhəmiyyətli mənbə rolunu oynayır. 2019-2026-cı illər ərzində Mərkəz əməkdaşları tərəfndən 160-dan çox analitik hesabat, 900-dən çox arayış, təhlil və təklif sənədi hazırlanmışdır.
2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzi tərəfndən təsisis edilən beynəlxalq redaksiya heyətinə malik “Sosial tədqiqatlar” jurnalının hesabat dövründə 5 sayı çap edilmişdir.
STM tərəfndən nəşr edilən kitablar, elmi və elmi-publisistik məqalələr, tematik toplular və analitik bülletenlər Mərkəzin intellektual məhsul portfelinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu nəşrlər sosial elmlər sahəsində aparılan tədqiqatların nəticələrinin sistemləşdirilməsi, elmi biliklərin yayılması və ictimai diskursun zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 7 illik fəaliyyəti dövründə STM tərəfndən 14 kitab layihəsi həyata keçirilmiş, yerli və xarici elmi jurnallarda 200-dən çox məqalə, media resurslarında 1000-dən çox təhlil və ekspert yazıları dərc edilmişdir.
STM beynəlxalq əməkdaşlığı institusional inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Mərkəzin beynəlxalq əməkdaşlıq siyasəti elmi-tədqiqat keyfyyətinin artırılması, müqayisəli və transmillli tədqiqatların aparılması, qlobal çağırışlara dair analitik baxışların formalaşdırılması və Mərkəzin beynəlxalq elmi diskursda tanınmasının təmin edilməsi məqsədlərinə xidmət edir. Bu çərçivədə STM beynəlxalq think tank diplomatiyasının fəal subyekti kimi çıxış edərək, Azərbaycanın regional və qlobal proseslərə dair mövqeyinin elmi əsaslarla beynəlxalq analitik platformalarda təqdim olunmasını təmin edir. STM bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri institusional tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Bu tərəfdaşlıqlar sırasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women), Avropa Şurası, Avropa İttifaqı Nümayəndəliyi, Dünya Bankı, BP Azərbaycan xüsusi yer tutur.
STM müxtəlif ölkələrin aparıcı beyin mərkəzləri, ali təhsil və tədqiqat institutları ilə geniş əməkdaşlıq şəbəkəsi formalaşdırmışdır. Bu şəbəkəyə Türk Akademiyası, Türkiyənin SETA Fondu, Türkiyə Maarif Vəqfi, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi, Ankara Universitetinin Asiya-Sakit Okean Tədqiqatlar Mərkəzi, Hacı Bayram Vəli Universiteti, Çanaqqala Savaşları İnstitutu, Üsküdar və Hacettəpə universitetləri, “Sonar” Sorğu və Araşdırma Mərkəzi, “Divan” Araştırma və Təhsil Dərnəyi, Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyası, Qazaxıstan Respublikasının Birinci Prezidentinin Kitabxanası (Elbasy), Qətər Dövlətinin Ətraf Mühit və İqlim Dəyişlikliyi Nazirliyi, Qətər Milli İnsan Haqları Komitəsi, Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universiteti, Astana İnformasiya Texnologiyaları Universiteti, Şimali Kipr Türk Respublikasının TÜSAD Mərkəzi, eləcə də Böyük Britaniyanın Milli Sosial Tədqiqatlar Mərkəzi daxildir.
STM-in beynəlxalq əməkdaşlıq fəaliyyətinin əsas istiqamətlərindən biri birgə elmi-tədqiqat layihələrinin icrasıdır. Xüsusilə Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Türk Barometri” layihələri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. “Türk Barometri 2024: Türk dövlətlərində təhsil sisteminə ictimai yanaşmalar” adlı tədqiqat layihəsi türk dünyası ölkələri arasında sahəvi inteqrasiyanın gücləndirilməsi məqsədinə xidmət etmişdir. Layihə çərçivəsində STM tərəfndən Azərbaycan üzrə məktəb və ali təhsil müəssisələrinin müəllimləri arasında genişmiqyaslı sosioloji sorğular aparılmış, təhsil sahəsində çalışan ekspertlərlə dərinləşdirilmiş müsahibələr keçirilmişdir. Tədqiqat nəticələri Türk Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən beynəlxalq konfransda ingilis və türk dillərində təqdim edilmişdir. STM Türk Akademiyasının “Türk Barometri” layihəsində Azərbaycan tərəfndən Türk Dövlətləri Təşkilatına üzv dövlətlər üzrə beynəlxalq tədqiqat qrupunda 2023-cü ildən təmsil olunur. 2026-cı ilin “Türk Barometri 2026 – Türk dövlətlərində Süni İntellekt və ictimai rəy” tədqiqat layihəsində də təmsilçiliyini davam etdirir.
STM Avropa İttifaqı və Avropa Şurası ilə birgə “Ölkədə kibercinayət və kibertəhlükəsizlik barometri” adlı ümumölkə miqyaslı sosioloji tədqiqat layihəsini həyata keçirmişdir. EU4Digital təşəbbüsü çərçivəsində icra olunan bu layihə kiberdayanıqlılığın artırılması, hüquq-mühafzə orqanlarının potensialının gücləndirilməsi və ictimai məlumatlılığın yüksəldilməsi məqsədlərinə xidmət etmişdir. STM “Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri” layihəsinin nəticələrinin təqdimatına həsr olunmuş konfrans təşkil etmişdir. Tədbirdə Azərbaycanda vətəndaşlara göstərilən xidmətlərin böyük bir qisminin rəqəmsallaşdırıldığı, bununla yanaşı, virtual məkanda gəncləri hədəfləyən məqsədyönlü dini-ideoloji və digər təbliğat fəaliyyətlərinin artdığı vurğulanıb. Ölkəmizdə kibertəhlükəsizlik sahəsində son illərdə əldə olunan inkişaf və milli həllərin istifadəsinin əhəmiyyətindən danışılıb. Konfransda həmçinin fkir mübadiləsi aparılaraq kritik informasiya infrastrukturlarının hazırlanmasında milli həllərin tətbiqi və qarşıya çıxan kiberrisklərin idarə edilməsi məsələləri müzakirə olunub.
Beynəlxalq konfrans və forumlarda iştirak STM-in qlobal elmi inteqrasiya strategiyasının mühüm tərkib hissəsidir. Mərkəzin əməkdaşları Ümumdünya Fəlsəfə Konqresində (Roma, İtaliya), ESOMAR-ın illik konqresində (Praqa, Çex Respublikası), Qlobal Bakı Forumlarında, “Süni intellekt və insan hüquqları: daha yaxşı gələcək üçün imkanlar, risklər və baxışlar” mövzusunda beynəlxalq konfransda (Qətər, Doha), “2025 Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu”nda (Kunminq, Çin Xalq Respublikası), COP29 çərçivəsində keçirilən tədbirlərdə, eləcə də müxtəlif beynəlxalq elmi-praktik konfranslarda iştirak və məruzələrlə çıxış ediblər.
STM sosioloji tədqiqatlar sahəsində dünyanın aparıcı beynəlxalq platformalarından biri olan ESOMAR-a üzvlüyünü davam etdirmiş, əməkdaşlar bu platforma çərçivəsində keçirilən beynəlxalq müzakirə və tədbirlərdə fəal iştirak etmişlər. Eyni zamanda Mərkəzin adı OTT Think Tanks beynəlxalq platformasının kataloquna daxil edilmişdir ki, bu da STMin beynəlxalq analitik mühitdə tanınmasına mühüm töhfə vermişdir.
Elmi nəşrlərin beynəlxalq inteqrasiyasının gücləndirilməsi məqsədilə STM Publishers International Linking Association (Crossref) təşkilatına üzv olmuşdur. Bu addım Mərkəzin elmi məhsullarının qlobal indekslənməsi və sitat potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
STM ilə akademik tədqiqat, elmi analitika və informasiya sahəsində qlobal indekslənmə platforması olan “Elsevier Digital Commons” arasında elmi nəşrlərin yerləşdirilməsi və institusional əməkdaşlıq imkanlarına dair danışıqlar aparılmışdır.
İctimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyəti Mərkəzin strateji məqsədlərinin həyata keçirilməsi və elmi-tədqiqat məhsullarının geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. STM-in kommunikasiya strategiyası elmi biliklərin cəmiyyətə təqdim olunmasını, tədqiqat nəticələrinin media vasitəsilə yayılmasını və dövlət-institusional təşəbbüslərlə bağlı məlumatların şəffaf və effektiv şəkildə çatdırılmasını əsas götürür.
STM əməkdaşları həm yerli, həm də beynəlxalq platformalarda çıxışlar edir, televiziya, radio və yazılı media orqanlarına müsahibələr verir və sosial, iqtisadi, siyasi sahələrdə analitik şərhlər təqdim edirlər. Hesabat dövründə STM əməkdaşları mediada 15000-dən çox çıxış, müsahibə və analitik şərh həyata keçirmişdir. Mərkəzin əməkdaşları həm öz tədqiqat nəticələrini, həm də milli və regional kontekstlə bağlı ekspert analizlərini təqdim edərək sosial və dövlət siyasətinin elmi əsaslarla formalaşmasına dəstək olublar.
STM tərəfndən həyata keçirilən efr layihələri ictimai müzakirələrin təşkili, sosial mövzuların açıq platformalarda müzakirəyə çıxarılması və elmi biliklərin cəmiyyət tərəfndən mənimsənilməsini təmin edir. Bu layihələr vətəndaş cəmiyyəti nümayəndələri, dövlət qurumları və akademik ekspertlər arasında dialoqun qurulması üçün mühüm vasitədir. Açıq debatlar və panel müzakirələr mərkəzin kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyasının əsas komponentlərindən biridir. Mərkəzin efr layihələri arasında “Real Tədqiqat” (Real TV), “Deportasiyaya uğrayan irsin izi ilə” (Qərbi Azərbaycan TV), “Arxa plan” (Füyuzat TV), “Siyasi baxış” (İki Sahil TV) və “Təhsilsiz” (Azedu portalı ilə birgə) kimi proqramlar xüsusi önəm daşıyır.
Xarici ekspertlərin iştirakı ilə hazırlanmış ingilis dilində “Global Bridges – Qlobal Körpülər” efr layihəsi də mərkəzin beynəlxalq kommunikasiya potensialını nümayiş etdirir. Bu proqramlar vasitəsilə ictimaiyyətlə interaktiv ünsiyyət, elmi mövzuların populyarlaşdırılması və ekspert təhlilinin geniş yayılması təmin edilir.
STM-in rəsmi internet platforması olan stm.az, 2019-cu ilin sentyabr ayından etibarən fəaliyyət göstərir. Sayt mərkəzin gündəlik fəaliyyətinin ictimaiyyətə çatdırılması, tədqiqat və sorğu sənədlərinin işıqlandırılması, elmi və analitik hesabatların təqdim olunması, həmçinin İdarə Heyəti və əməkdaşlar haqqında məlumatların əhatəli şəkildə təqdim edilməsi məqsədini daşıyır. Bu platforma həmçinin STM tərəfindən həyata keçirilən tədqiqat sənədlərinin, sorğu nəticələrinin və data-bazaların oxucular üçün əlçatan edilməsi üçün institusional informasiya resursu kimi çıxış edir.
Hesabat dövründə stm.az saytına 2250-dən çox material yerləşdirilib ki, bu da platformanın həm elmi, həm də informasiya-analitik baxımdan zənginliyini nümayiş etdirir.
STM TV platforması mərkəzin onlayn media fəaliyyətinin əsas komponentlərindən biridir və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, elmi və analitik məlumatların geniş auditoriyaya çatdırılması məqsədini daşıyır. STM TV həm vizual kommunikasiya kanalı, həm də interaktiv elmi-analitik platforma kimi fəaliyyət göstərir. Hesabat dövründə STM TV-də 794 video yerləşdirilmişdir. Kanalda təqdim olunan kontent geniş tematik spektri əhatə edir. STM TV-də təqdim olunan proqram və videolar həm aktuallığı ilə seçilir, həm də cəmiyyətin sosial, siyasi və iqtisadi proseslər barədə məlumatlandırılması üçün analitik dəyərləndirmələr təqdim edir. Platforma çərçivəsində situativ küçə sorğuları da həyata keçirilir ki, bu da ictimai rəyin öyrənilməsi və təhlilinə imkan yaradır.
Sosial media platformaları vasitəsilə mərkəz tədqiqat nəticələrini, ictimai rəy sorğularını və analitik hesabatlarını geniş auditoriyaya çatdırmaqla yanaşı, interaktiv müzakirələr üçün imkanlar da yaradır. Mərkəzin Facebook səhifəsində 2500-dən çox paylaşım həyata keçirilib. Instagram səhifəsində vizual və informasiya yönümlü paylaşımlar üzrə 1860-dan çox material təqdim olunub. X səhifəsində aktual xəbərlər, analitik şərhlər və qlobal tematik müzakirələr çərçivəsində 1960-dan çox paylaşım edilib.
STM respublikanın ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbələr üçün elmi-tədqiqat təcrübəsi və təlim proqramları təşkil edir. Bu fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, sosial elmlər sahəsində tədqiqat metodologiyalarının öyrədilməsinə və analitik düşüncə qabiliyyətlərinin inkişafına yönəlib. Təcrübə və təlim proqramları çərçivəsində tələbələr sosioloji sorğuların hazırlanması və keçirilməsi, məlumatların toplanması və təhlili, analitik hesabatların yazılması, ictimai rəyin öyrənilməsi, eləcə də müasir informasiya texnologiyalarının tədqiqat prosesində tətbiqi ilə yaxından tanış olurlar. Eyni zamanda, proqramlar gənc tədqiqatçıların akademik mühitə inteqrasiyasına, elmi etikaya yiyələnməsinə və gələcək peşə fəaliyyətləri üçün zəruri olan araşdırma vərdişlərinin formalaşmasına töhfə verir. STM bu əməkdaşlıq vasitəsilə universitet–tədqiqat mərkəzi əlaqələrinin gücləndirilməsini və ölkədə elmi potensialın davamlı inkişafını əsas prioritetlərdən biri kimi dəyərləndirir.
Beləliklə, 7 illiyini qeyd edən STM-in strateji baxışı onu milli kontekstdə aparıcı, regional və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeləndirməyə yönəlmişdir. Mərkəzin növbəti inkişaf mərhələsi üçün strateji hədəfləri tədqiqat keyfyyətinin artırılması, institusional dayanıqlılığın möhkəmləndirilməsi və analitik təsirin genişləndirilməsi prinsiplərinə əsaslanır. Bu çərçivədə əsas istiqamətlər tətbiqi və müqayisəli tədqiqatların dərinləşdirilməsi, siyasət yönümlü analitik məhsulların sistemli hazırlanması və dövlət qərarqəbuletmə prosesləri ilə davamlı intellektual əlaqələrin qurulmasıdır.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidməti