“Su israfçılığı ilə mübarizə” layihəsi çərçivəsində görüş keçirilib-FOTO

“Su israfçılığı ilə mübarizə” layihəsi uğurla başa çatıb.

Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsi uğurla başa çatıb.

Layihənin  yekunu ilə bağlı  KİV və ictimayyət nümayəndələri ilə görüş keçirilib.

Kanal32.az-ın məlumatına görə görüşün keçirilməsində məqsəd layihə ilə bağlı onların da fikirləri öyrənilib,bu sahədə gələcəkdə görüləcək işlərdən danışılıb. Tədbirdə Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İB-nin sədri Çingiz Nəzərov çıxış edərək layihə çərçivəsində həyata keçirilən işlərdən söz açıb.

Bildirib ki,layihə çərçivəsində ölkədə olan su problemləri təsdiq edilib,iri şəhərlərin su idarəçiliyi öyrənilib.Qabaqcıl dünya təcrübəsi təhlil edilib. Çingiz Nəzərov qeyd edib ki,EL TV və KanalS televiziyalarında 3 verliş hazırlanaraq yayımlanıb.

Tədbirdə çıxış edən teleaparıcı İnqilab Şirinli və digərləri mövzudan irəli gələn bir sıra önəmli məqamlar ətrafında müzakirələr aparıb, eyni zamanda şirin su ehtiyyatlarının sürətlə azalmasının Azərbaycan üçün yarada biləcəyi təhlükələrdən danışıblar.

Esmira Hidayətova,

Mingəçevir