Rusiya Federasiyasını təmsil edən tatar Kamilə Vəliyeva 2022-ci il Avropa Fiqurlu Konkisürmə Çempionatının vahid proqramında yeni dünya rekordu müəyyənləşdirərək qalib olub. Estoniyanın paytaxtı Tallinn şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı keçirilir. Qısa proqramda 15 yaşlı tatar fiqurlu konkisürən Kamilə Vəliyeva 90,45 xal toplayaraq, yeni dünya rekordu vuraraq ən yaxşı nəticəyə nail olub. O, 2021-ci ilin noyabrında Rusiyada keçirilən Qran Pri mərhələsində göstərdiyi nəticəsini (87,42) yaxşılaşdırıb. Sərbəst proqramda Kamilə Vəliyeva 168,61 bal toplayıb. Ümumilikdə bu, 259,06 bal təşkil edib. Kamilə Vəliyeva ilk dəfə Avropa çempionu olub. Kamilə Vəliyeva 26 aprel 2006-cı ildə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində anadan olub.