Telejurnalist İnqilab Şirinli beynəlxalq təşkilat tərəfindən təltif olundu-FOTO

Dünya Universal Hapkido Federasiyası İnqilab Şirinlini təltif edib.

Telejurnalist-EL TV-nin aparıcı-redkatoru, “Kanal32”nin təsisçisi, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinili ölkədə və ölkə xaricindəki nəcib səylərinə, insan hüquqlarının müdafiəsində, mədəniyyətin, idmanın və döyüş sənətinin, qardaşlığın, tolerantlığın, eyni zamanda sülhün yerli və qlobal səviyyədə yayılmasındakı səmərəli fəaliyyətinə və iştirakına görə Dünya Universal Hapkido Federasiyasının “Fəxri Fərman”ı ilə təltif edilib.

Qeyd edək ki, Dünya Universal Hapkido Federasiyasının prezidenti Sülh səfiri,Grandmaster,KVAN, JANG,NIM, HANSI, COKE titullarının daşıyıcısı, Hapkido üzrə dünya çempinonu, 10-cu DAN Qızıl kəmər ustası,fəxri professor Cəmil İzzətovdur. Mərkəzi ofisi Sankt-Peterburqda yerləşən sözügedən federasiya dünyanın 50-ə yaxın ölkəsi ilə əməkdaşlıq edir və dünya səviyyəli yarışlarının keçirilməsini təşkil edir.

Onu da xatırladaq ki,10-cu dan Qızıl kəmər ustası,fəxri professor Cəmil İzzətov 2023-cü ilin may ayında EL TV-nin qonağı olub və canlı yayımda Universal Hapkido döyüş növü haqqında danışıb.

Azbelediyye.az