Bakı, 4 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Rapid” (Avstriya) oyununda Bakı təmsilçisi hesab arasındakı fərqi artırıb -2:0.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da oynanılan görüşün 60-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Kenni Sayef fərqlənib.
Oyunda hesabı 44-cü dəqiqədə flaqmanın israilli yarımmüdafiəçisi Ataa Caber açıb.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
[ad_2]