Ukraynada 300-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Rusiyanın raket zərbələri nəticəsində Ukraynanın beş vilayətində 300-dən çox yaşayış məntəqəsi hələ də işıqsız qalıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bu barədə özünün tviter səhifəsində məlumat yayıb. Məlumata görə, Kiyev, Lvov, Sumı, Ternopol və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib, həmçinin partlayışlar nəticəsində baş verən 30 yanğın söndürülüb.

Hakimiyyət orqanları vətəndaşları enerji sisteminin yükünü azaltmaq üçün yerli vaxtla saat 17:00-dan 22:00-dək işıqları söndürməyə və elektrik cihazlarından istifadə etməməyə çağırıb.

Bu arada “Strana” nəşri Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər yayıb ki, gün ərzində mümkün raket və dron zərbələri səbəbindən Ukraynanın bütün vilayətlərində yenidən hava həyəcanı elan olunub. Sakinlərə sığınacaqlarda qalmaları tövsiyə edilir.