Yazıçı, dramaturq Elçin Məhərrəmin “Ölü xatirələr dükanı”-FOTOLAR

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elçin Məhərrəmin “Ölü xatirələr dükanı” adlı kitabının imza günü keçirilib.

Mingəçevir Dövlət Dram Teatrında baş tutan tədbir müəllifin və bir sıra tanınmış qonaqların (Elşən Əzim, Nicat Hunalp, Şamil Həsən, Cavid Təvəkkül) çıxışları ilə yadda qalıb.

Görüşdə media təmsilçiləri,gənclər,tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.

Həmçinin, imza mərasimində müəllifin əsərləri əsasında tanımış kino və teatr rejissoru, Prezident mükafatçısı, Mingəçevir Modern Teatrın rəhbəri Cavid Təvəkkülün hazırladığı kompozisiya tədbirə xüsusi rəng qatıb.

     

KANAL32.AZ