Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının əməkdaşları üçün təlim keçirilib.
Azbelediyye.az-a verilən məlumata görə,“Ugur Gənclər Təşkilatının” təşkilatçılığı ilə Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının tibb işçiləri üçün “İş mühitində stressin idarə olunması” mövzusunda təlim keçirilib.
Təşkilatın əməkdaşları – İnqilab Şirinli, Rafil Əşrəfli və Günel Əliqızının təqdimatında baş tutan və 2 gün davam edən təlimdə iş münasibətlərində stressin idarə olunması, zərərli vərdişlərin tibbi personal və pasiyentlər arasında yayılmasının qarşısının alınması, tibbi personal arasında konfliktlərin həllində stressin idarə olunmasının rolu, aqressiv xəstələrlə düzgün rəftar olunması ilə bağlı mövzular müzakirə olunub.
İnteraktiv formada davam edən təlimdə müxtəlif məşğələlər aparılıb.






