Yevlaxda 24 yaşlı gənc bıçaqlanaraq öldürülüb-VİDEO+FOTO

24 yaşlı gənc məlum olmayan səbəblərdən qətlə yetirilib.

Hadisə rayonun Əkşəm kəndində baş verib. Münaqişə zəminində kənd sakini 1996-cı il təvəllüdlü Şəhriyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.

“Kanal32”yə danışan mərhumun atası Mayıl Orucov deyir ki,gecə saat iki radələrində oğlunu evdən çağırıb aparıblar:”Hadisə nə üstündə olduğu hələki məlum deyil.Oğlum subay idi evin bir oğlu idi,bu gün mən onun həm toyunu,həm də yas məraismini keçirirəm”.

Şəhriyar Bayramlı həmkəndlisi Musa Orucovu evindən çölə çağıraraq onu bıçaqlayıb. Ağır vəziyyətdə olan M. Orucov təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisənin söyüş üstündə baş verdiyi bildirilir. Faktla bağlı araşdırma başlanıb.

Esmira Hidayətova,

Yevlax