Yevlaxın icra başçısından daha bir qalmaqallı addım-Laçın sakininin evini… -VİDEO

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev prezidentin qaydış siyasətinə qarşı çıxır?

Əgər belə olmasaydı elinə, evinə dönməyə hazırlaşan keçmiş, biçarə məcburi köçkünün sığındığı “fin” evin başına uçurtmazdı.

“Azərbaycan Bələdiyyəsi” önlayın qəzetinə müraciət edən Laçın rayon Ərikli kənd sakini Mahmudov Məhəmməd Məmmədvəli oğlu bildirir ki, köçkünlərin müvəqqəti yaşadığı tikilini Yevlax rayonunun icra başçısı texnikalarla sökdürərək onların ailəsini çöldə qoyub. Şikayətçi Mahmudov Məhəmməd mətbuata çıxmasına məcbur qaldığın deyir. Əks halda icra başçısı Anar Tağıyev digər övladımın da yaşadığı “fin ev”i sökdürəcək.

Birinci müavin Əliyev Xaliq Zakir oğlu, Şöbə müdir Hüseynov Anar Fazil oğlu,Yevlax rayon Aran qəsəbə ərazisində yerləşən 4 evin 3-ünün sökülməsində şəxsən iştirak ediblər. Bunları iddia edən Mahmudov Məhəmməd Məmmədvəli oğlu onu da qeyd edir ki, evləri sökdürən Yevlax rayon icra hakimiyyətinin vəzifəli şəxsləri bildirib ki, göstəriş yuxarıdandır. Görəsən,onlar “yuxarı” deyəndə kimi nəzərdə tuturlar?

Həyatını elimə, Azərbaycan gəncliyinin vətənpərvər ruhda formalaşmasına həsr edən pedaqoq Mahmudov Prezident İlham Əliyevdən kömək istəyir və bildirir ki, Yevlax rayonunda Prezidentin qaydış siyasətinin əksinə işlər görülür.

“Azbelediyye.az media tv-yə istinadən şikayətçi Məhəmməd Mahmudovun müraciətini təqdim edir :

Yevlax Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.