Zəfər bayramı Mingəçevir kəndində təntənəli şəkildə qeyd edilib-FOTOLAR

Zəfər bayramı Mingəçevir kəndində təntənəli şəkildə qeyd edildi.

8 Noyabr Zəfər günü münasibətilə Mingəçevir kəndində tədbir keçirildi. Tədbirin təşkilatçısı və aparıcısı Etibar Əhmədov qonaqları salamladı, tariximizə nəzər saldı. Azərbaycan Dövlət Himni səsləndikdən sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə iştirak edən Milli Qəhrəman Natiq Qasımovun qardaşı oğlu Namiq Qasımov, şəhid Kənan Abdullayevin anası Azadə xanım Abdullayeva, Qarabağ Veteranlar Cəmiyyətinin Mingəçevir şəhər şöbəsinin sədri Mübariz Rüstəmov, Demokratiya və Ədalət qəzetinin baş redaktoru Sahibə xanım Küskün, Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin Mingəçevir şəhər şöbəsinin sədri Çimnaz xanım Əliyeva, I Qarabağ və Əfqanıstan döyüşçüləri öz ürək sözlərini, təbriklərini söylədilər. “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin üzvləri öz rəqslərini nümayiş etdirirlər. I Qarabağ döyüşçüsü Sadiq Əliyevin nəvəsi, vətənpərvər ruhda böyüyən Əziz Əliyev şeir töhfəsini tədbir iştirakçılarına təqdim etdi. Tədbirin sonunda yallı sədası altında iştirakçılar rəqs etdi. Sonda Şəhidlər xiyabanı ziyarət edildi.