Araşdırmaçı Jurnalist Agentliyi

Universitet tələbəsi icra başçısına təbrik məktubu göndərib-FOTO

0 92
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Adil Vəliyev Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsindən 12 il ötür.
14 aprel 2012-ci ildən, 14 aprel 2024-cü ilə yəni bu günə kimi Sabunçu rayonu günü-gündən abadlaşır, gözəlləşir. Nəticə göz qabağındadır.
Cənab prezident İlham Əliyevin kadr islahatı və bu islahatlar nəticəsində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Adil Vəliyev hərtərəfli fəaliyyətilə möhtərəm prezidentimizin etimadını doğruldur və daim Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyini əməli surətdə göstərir.
   Sabunçunun icra başçısı təyin edilməsindən əvvəl başqa sahələrdə işləyərkən cənab Adil Vəliyev bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdür. Bütün bunların nəticəsidir ki, 2012-ci ildə cənab prezident İlham Əliyev tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən cənab Adil Vəliyev yüksək səviyyəli fəaliyyəti ilə rayonda ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasəti layiqincə tətbiq edir. Azərbaycan sürətli inkişaf yolundadır. Sürətli inkişaf yolunda olan rayonlardan biridə Sabunçudur. Cənab Adil Vəliyevin gərgin əməyi və zəhməti sayəsində Sabunçu rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Bu göz önündədir. Bir gənc olaraq bunu xüsusi vurğulamalıyam ki, cənab Adil Vəliyev qazilərin, şəhid ailələrinin, veteranların və gənclərin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirmir başcı səlahiyyətləri çərçivəsində hər zaman onlara köməklik göstərir. Ziyarət edilən şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların yerindəcə problemlərinin həlli edilməsi, onlara həssaslıqla yanaşılması, gənc nəsilə hər zaman diqqət göstərməsi və s. Bu haqqda çox danışmaq olar. Bir sözlə Sabunçu rayonu üçün etdiyiniz hərşeyə görə çox sağolun!
Çox hörmətli Adil Vəliyev sizi təbrik edir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram!
Vüsal Hümbətzadə,
ADU-nun dördüncü kurs tələbəsi 
Leave A Reply

Your email address will not be published.