“Sabah Birgə Koordinasiya Mərkəzinin intensiv işi ilə Ukrayna limanlarından 3 taxıldaşıyan gəmi yola çıxacaq”.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Akar Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə ayrı-ayrılıqda telefonla danışdığını bildirib.
Söhbət zamanı taxıl daşınması ilə bağlı araşdırmalar və son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
[ad_2]