Mingəçevirdə İctimai Şura “Açıq qapı” günü keçirib-FOTO

Tədbirdə vətəndaşlar öz müraciətlərini birbaşa şuranın üzvlərinə çatdırıblar. Yevlax şəhərində qeydiyyatda olan, lakin faktiki olaraq Mingəçevirdə yaşayan Ziyadov Qiyas Ziyad oğlu mənzil qeydiyyatına düşmək üçün ailə tərkibi haqqında arayışın verilməməsi ilə bağlı şikayət edib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ağayev Elnur Vahid oğlu isə qanunsuz zəbt etdiyi, sonradan qanuni yolla icarəyə və ya mülkiyyətə götürmək və rəsmiləşdirmək istədiyi torpaq sahəsi ilə əlaqədar Mingəçevir Bələdiyyəsi ilə yaranmış anlaşılmazlıqların həllində dəstək göstərilməsini xahiş edib. Hər iki müraciət qeydiyyata alınıb.

İctimai Şuranın eyni gündə keçirilən iclasında şəhərdə abadlıq işlərinin aparılması vəziyyəti və şəhərdaxili problemlərlə bağlı ilkin monitorinqin nəticələri müzakirə olunub. Müzakirələrin yekununda müvafiq sənədlərin aidiyyəti qurumlara göndərilməsi barədə qərar qəbul edilib.

İctimai Şura vətəndaşların müraciətlərinin operativ həlli və şəhərin sosial-iqtisadi problemlərinin monitorinqi istiqamətində fəaliyyətini davam etdirir.