Şimali Makedoniya Ukraynaya dörd “Su-25” hücum təyyarəsi verib

Şimali Makedoniya Ukraynaya dörd ədəd “Su-25” hücum təyyarəsi verib.

“Report” xəbər verir ki, bu barədə yerli MKD nəşri ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təyyarələr Makedoniya təhlükəsizlik qüvvələrinin quru əməliyyatlarına dəstək olaraq bir neçə növ uçuşlar həyata keçirib.

Bundan əvvəl “UNIAN” bildirib ki, Çexiya hökuməti Slovakiyanın öz hava məkanını qorumaq tələbi ilə razılaşıb. Bu, öz növbəsində, slovaklara 11 ədəd MiQ-29 qırıcı donanmasını Ukraynaya köçürməyə imkan verəcək.

Həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-ın F-16 qırıcılarını qəbul edə bilər.



[ad_2]