Azərbaycan Ordusunun “Qisas” əməliyyatı Pakistan mətbuatında

Pakistanın “Daily İttehad”, “İslamabad Post” qəzetlərində, “Pakistan Economic Net”, “Diplomatic News Agency”, “Gulf Observer” xəbər agentliklərində, eləcə də Centreline jurnalının veb səhifəsində Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.

“Report” xəbər verir ki, bəhs olunan məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il 10 noyabr tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdikləri bildirilib.

Həmçinin, Azərbaycan Ordusu bölmələrinin isə keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldüyü diqqətə çatdırılıb.



[ad_2]