“Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi 18 avqust 2023-cü il tarixdə Mingəçevirdə valideynlərlə ikinci görüşü keçirib.
Görüş Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya məsələləri və valideynlərin maarifləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Layihə rəhbəri Eyyub Həsənov bildirib ki, bu günkü tədbirin mövzusu “Uşağa sözə baxmağı öyrətmənin 10 qaydası” haqqındadır. Çünki əksər valideynlər sağlamlığı məhdud olan olan uşaqlarla ünsiyyətin qurulmasında problemlərlə qarşılaşırlar. Bu zaman olduqca gərgin mənəvi-psixoloji mühit höküm sürür. Ona görə də bu qaydaların mütəxəssis tərəfindən valideynlərə aşılanması vacibdir.
Təcrübəli pedaqoq – mütəxəssis Dilşad İlyasova sağlamlıq imkanları məhdud uşaqlarla düzgün ünsiyyətin qurulmasının onların inkişafındakı roluna diqqət çəkib. Valideynləri bütün hallarda təmkinli, səbrli və anlayışlı olmağa çağırıb. Hər uşağa şəxsiyyət kimi yanaşmaığın vacibliyini diqqətə çatdırıb.
Layihənin psixoloq-mütəxəssisi Reyhan Allahverdiyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların çox həssas təbəqə olduğunu deyib və bildirib ki, əgər valideynlər öz uşaqları üçün nümunə olmasa, çətinlikləri aradan qaldıra bilməyəcəklər. Çünki uşağın psixikası ağ kağız kimidir. Bu baxımdan valideynlər bu kağıza davranışın əsas qaydalarını yazmağı bacarmalıdır. Aqressiyadan maksimum uzaq olmaq lazımdır. Psixoloq onu da vurğulayıb ki, ötən görüşümüzdə valideynlərin anonim olaraq yazdığı fikirlər, eyni zamanda övladları ilə olan davranışları haqqında qeydləri onu deməyə əsas verir ki, mənəvi-psixoloji vəziyyət heç də ürəkaçan deyil. Ona görə də uşağı sözə qulaq asmağı öyrətmənin 10 qaydasını hər biriniz bilməlisiniz.
Layihənin psixoloq-mütəxəssisi Reyhan Allahverdiyeva sözügedən qaydaların yer aldığı vərəqləri valideynlərə paylayıb və hər bir qaydanın izahını verib.
Sonra çıxış edən valideynlər sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və onların cəmiyyətə isnteqrasiyası sahəsindəki mövcud çətinliklərdən, eyni zamanda Mingəçevirdə inkluziv təhsillə bağlı problemlərdən danışıblar. Öz təkilərini səsləndiriblər.
Tədbirdə iştirak edən EL TV-nin aparıcı-redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya və təhsil məsələlərinin hökümətin diqqətəinə çatıdılmasında medianın rolundan danışıb. Mingəçevirdə bu sahədəki mövcud problemin ictimailəşdirilməsi, müvfiq qurumların rəsmilərinin iştirakı ilə müzakirlərinin aparılması üçün efir imkanı yarada biləcəyini diqqətə çatdırıb.
Daha sonra çay süfrəsi ətrafında maraqlı və faydalı müzakirələr aparılıb.