Sosial və Reform teatr nədir?-FOTOLAR

“Sosial və Reform teatr ənənələrinin problemlərinin həllində rolu” mövzusunda təlim keçirilib.

Qadınların hüquq və imkanlarının genişləndirilməsini hədəfləyən “İqlim dəyişikliyi kontekstində qadınların hüquq və imkanlarının gücləndirilməsi” layihəsinin  ikinci  buraxılışının  davamı  olaraq  Gəncə  şəhərində  “Sosial  və  Reform  teatr nədir?” mövzusunda növbəti təlim keçirilib.  Bu barədə Gəncə şəhərində  reallaşan  layihənin  rəhbəri  Vaqif  Əmiraslan  məlumat  verib.

Onun  sözlərinə  görə  bir  günlük  davam  edən  layihədə  Sosial  və  Reform teatr  ənənələri  geniş  şəkildə  təhlil  edilərək  yaranma  səbəbləri  müzakirə  obyekti olub.

Vaqif  Əmiraslan  həmçinin  bildirib  ki,  “Sosial  və  Reform  teatr  ənənələri bu  gün  cəmiyyətin  real  problemlərini – yoxsulluq,  zorakılıq, gender bərabərsizliyi, narkomaniya, korrupsiya, ailə problemləri, mühacirət, təhsil çatışmazlıqları və s. kimi  problemlərin mövcudluğu baxımından onun həlli yollarının  öyrənilməsi  və  dramaturji  material  olaraq  səhnəyə  gətirilməsi  daha aktual  mövzulardan  biridir.  Bu  kimi  mövzularda  müasir  dramaturgiyanın  inkişaf etdirilməsi, yazılması yollarının öyrənilməsi baxımından təlimlərin keçirilməsi mühüm  əhəmiyyət  kəsb  edir”.

O,  bildirib  ki,  Gəncə  şəhərində  reallaşan  təlim  tanınmış  teatrşünas-tənqidçi, Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-bədii hissə müdiri Anar Ərtoğrul  Burcəliyevin  təlimçi-moderatorluğu  ilə  baş  tutub.

Təlimin  sonunda  uğurla  iştirak  edən  gənclərə  Setrifikatlar  təqdim  edilib.

Kanal32.az