Araşdırmaçı Jurnalist Agentliyi

Turizm və Menecment Universitetinin tələbələri karyera imkanları barədə məlumatlandırılıb

29

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm üzrə könüllülük fəaliyyəti, təşkilatın fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılacaq karyera imkanları” mövzusunda infosessiya təşkil olunub.

Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Turizm Bürosunun əməkdaşı, Turizm Könüllüləri Təşkilatının icraçı direktoru, ATMU-nun məzunu Ramina Salayeva infosessiyanın məqsədini açıqlayıb və tələbələri müxtəlif layihələrdə yaxından iştiraka dəvət edib. O, könüllülərin müxtəlif inkişaf proqramlarına, təlimlərə, seminarlara cəlb olunması, eyni zamanda, onların Dövlət Turizm Agentliyi və tabeliyindəki qurumlar tərəfindən keçiriləcək festivallarda, sammitlərdə təcrübə qazanma imkanları barədə məlumat verib.

Ramina Salayeva, həmçinin Turizm Könüllüləri Təşkilatının tədbirlərində komanda şəklində iştirak, o cümlədən peşəkar komanda ilə əməkdaşlıq çərçivəsində yüksək təcrübə qazanan gənclərin turizm sənayesində müvafiq işlə təmin olunma imkanları və digər məsələlər barədə tələbələri məlumatlandırıb.

Leave A Reply

Your email address will not be published.