Rusiya Xarici İşlər Nazirliyi, dördüncü Avropa departamentinin direktoru Yuri Pilipson TASS-a müsahibəsində Qərb ölkələri Rusiya-Türkiyə hava nəqliyyatını sanksiyalar vasitəsilə pozmağa çalışır.
“Nəzərə almalıyıq ki, Qərbin sanksiyaları digər məsələlərlə yanaşı, Rusiya-Türkiyə hava nəqliyyatını pozmağa yönəlib. Ona görə də iki ölkənin müvafiq idarələri Türkiyəyə səyahət edən turistlərimizin qarşılaşa biləcəkləri hər hansı risk və narahatçılığın aradan qaldırılması üçün intensiv işləyir”, – deyə Pilipson bildirib.
O qeyd edib ki, “sərt xarici təzyiqlərə” baxmayaraq, Türkiyə Rusiya ilə ikitərəfli münasibətlərdə, ilk növbədə turizm sahəsində əməkdaşlığı davam etdirir. “Ümumiyyətlə, Ankaranın rusların Türkiyədə tam və təhlükəsiz istirahəti üçün hər cür şəraitin yaradılması ilə bağlı verdiyi vədlərdən razıyıq, məsələni prioritet nəzarətdə saxlayırıq”, – diplomat əlavə edib.
azbelediyye.az