Araşdırmaçı Jurnalist Agentliyi

İnqilab Şirinli:”Bölgə mediası Azərbaycan mediasının ögey övladıdır”-VİDEO+FOTO

0 240
Bütün ölkə ictimaiyyətinin bayramı kimi dəyərləndirilən 22 iyul – Milli Mətbuat Günü ərəfəsindəyik. Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. Bu gün münasibəti ilə öz qələmini, sözünü süngərə çevirib, ölkəmizin müstəqilliyinin inkişafı, onun insanlarının mariflənməsinə ciddi cəhdlə çalışan, hər çür çətin situasiyalarda arxa cəbhə tanımayan, daim düşmənə qarşı öndə dayanmağı bacaran, yeri gələndə düşmənə qarşı çarpışan səngərdəki əsgərin ümumiyyətlə, Azərbaycanın hər sahəsində uğur əldə edən insanlarımızın uğurlarına öz uğurlarınızdan çox sevinən həqiqi qələm sahibləri, dəyərli jurnalistlərimizi təbrik edirik.
Mətbuat Günü ilə əlaqədar peşəkar telejurnalist, ”Kanal 32”Media Şəbəkəsinin təsisçisi, EL TV-nin və KanalS-in efirində yayımlanan “Zamanında” verlişinin aparıcısı və Baş redaktoru, Beynəlxalq Jurnalistlər Federasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İnqilab Şirinli Yeniavaz.com-a danışıb.
İnqilab Şirinli bildirib ki, bu gün Azərbaycan mediasının durumuna baxdıqda o dərəcədə ürəkaçan mənzərənin şahidi olmuruq. Jurnalist bunun səbəbini belə izah edib: ”Bu gün Azərbaycan media məkanında belə demək mümkünsə ayrı seçkilik mühiti höküm sürür. Bunu belə də izah edə bilərəm ki,görürük ki,bölgə mediası tamam kənarda qalıb. Bölgə mediası Azərbaycan mediasının ögey övladıdır. Azərbaycan mediası deyəndə paytaxt mediası göz önünə gəlməməlidir. Azərbaycanın bölgələrində kifayət qədər sanballı,fikrini ifadə etməyi bacaran,normal informasiya təqdim edə biləcək jurnalistlər var. Bu gün istər MEDİA Agentliyi olsun,istər Mətbuat Şurası olsun,istərsə də media ilə işləyən digər qurumlar olsun onların demək olar ki,çox nadir hallarda bölgələrdə tədbirlərinə rast gəlirik. İl ərzində 3 tədbirə rast gələ bilərik. Bütün media ilə baglı tədbirlər paytaxta salınır bölgə mediasında ora barmaqla sayılacaq adamlar dəvət olunur,o da eyni şəhər və rayonlardan dəvət olunur. Lap məndən incisələr də açıq deyəcəm Azərbaycandakı media qurumları özünü müstəqil media qurumu sayan adamlar kiminsə çətirinin altındadır. Kimlərsə onların üzərinə əl qoyubdur,onları maliyyələşdirir və bu gün də onlar rahatlıqla media reystrinə daxil ola bilirlər. Şərtlər də hamımıza məlumdur.Həmin şərtlərdən biri ən azı 3 nəfərin rəsmi müqavilə əsasında işləməsidir.Təbii ki,informasiya əldə etmə baxımından hər bir medianın özünəməxsus olan 20 informasiyanın olması o dərəcə də çətin bir şərt deyil. Çünki bölgədə “N”sayda informasiya var və hər kəs o informasiyanı özünküləşdirə bilər, özəl informasiya formasında təqdim edə bilər.
Amma bölgədə fəaliyyət göstərən media istər çap mediası, istərsə də onlayn mediası onların maliyyə imkanları yetirmi ki,heç olmasa minumum əmək haqqı həddində 3 nəfəri işdə saxlaya bilsin.Yəni, bu şərtlər bu gün bölgə mediasının fəaliyyəti üçün çox ciddi şəkildə maneələrdən biridir. Bu məsələ də media haqqında qanun hazırlanan zaman böıgə mediasına baxış fərqli olmalı idi. Şərtlər bölgə mediası ilə paytaxt mediasına müqayisədə bir qədər yumuşaq olmalı idi. Media rəhbərləri deyə bilər ki,onda biz ayrı seçkilik etmiş olarıq. Mən deyərdim ki,zatən siz bu gün Azərbaycan mediasının inkişafı naminə atdığınız addımlarda bölgə mediasını kənarda saxlayırsınız.
Odur ki, hesab edirəm ki,Mətbuat Şurası da,Media Agentliyi də bölgə mediasının fəaliyyətini özündə əks etdirə biləcək yeni bir sənəd üzərində işləməlidir.Konseptual sənəd olmalıdır. Eyni zamanda peşəkar jurnalistlərlə hər iki qurumun aktiv əməkdaşları olmalıdır.Onlarla müzakirələr,dinləmələr aparılmalıdır. Mənim bu dediklərim bölgədə fəaliyyət göstərən peşəkar mətbuat işçilərindən gedir. Söhbət hansısa bir rekertdən,hansıa bir kiminsə sifarişi ilə fəaliyyət göstərən mediadan getmir.
Ətraflı video-sujetdə:
https://youtu.be/1w39Vasf2RM
https://www.youtube.com/watch?v=ISylIROyljQ
Esmira Hidayətova,
Mingəçevir.
Leave A Reply

Your email address will not be published.