Araşdırmaçı Jurnalist Agentliyi

İcra başçısı görülən işlərə baxış keçirib və…-FOTOLAR

0 84

Noyabrın 29-da İcra başçısı İlham İsmayılov şəhərdə görülən işlərə baxış keçirib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq noyabr ayının 29-da 127-ci məhəllədəki 34,36,38,40 nömrəli yaşayış binalarında və digər ərazilərdə aparılan əsaslı təmir işlərinə baxış keçirilib.Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə ərazilərdə təmir aparan kommunal xidmət idarələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri tədbirə cəlb olunublar.

Baxış 127-ci məhəllədəki 34 nömrəli binada aparılan işlərlə tanışlıqla başladı. Burada kanalizasiya xəttinin yenilənməsi başa çatmış, ərazidə oturacaqlar qoyulmuş, bordürlər səliqəyə salınmışdır. Binanın giriş hissələrində təmir işləri ilə yanaşı plastik şüşəbəndlər, seyf qapıları qoyulmuş, eyni zamanda giriş hissələri suvanaraq rənglənmişdir. Sakinlərin arzu və istəyinə uyğun olaraq binaların fasad hissələri diqqəti cəlb edən tərtibata uyğunlaşdırılmışdır.

Baxış zamanı bir sıra problemlərdə mövcudluğu da diqqətdən qaçmayıb..Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşıya çıxan bir sıra problemlərin aradan qaldırılması barədə müvafiq təşkilatların rəhbərlərinə yerindəcə göstərişlər verir, təmir briqadalarına işin nümunəvi hala salınmasını tapşırırıb.

Qeyd edək ki, həmin yaşayış məhəlləsindəki 36, 38, 40 nömrəli binalarında da işlər səqilə ilə aparılırdı. Lakin qarşıya bəzi problemlər çıxdığından icra başçısı su-kanal idarəsinin, kommunal xidmət idarələrinin rəhbərlərinə əlavə göstərişlər verdi. Bu göstərişlər əsasən ağacların suvarılması üçün su xətlərinin nizama salınması ilə yanaşı, sakinlərin istifadə etdikləri roliklərin qaydaya salınması üçün ağacların budanmasından ibarət idi. Xətai küçəsindəki 9, 11 nömrəli yaşayış binalarına baxış zamanı məlum oldu ki, bu binalarda müəyyən işlər görülsə də, kanalizasiya sisteminin tam bərpa olunmasında çatışmazlıqlar mövcuddur. Yəni, binanın zirzəmisi ilə ümumi kanalizasiya xətti arasında birləşmə bərpa olunmayıb. Aydın Məmmədov küçəsindəki 7a nömrəli binanaın qarşısında yaradılmış idman meydançası, uşaq əyləncə sistemi diqqəti cəlb edirdi. Bura sözün əsl mənasında sakinlərin istirahəti üçün gözəl məkana çevrilib.

Baxış zamanı sakinlər icra başçısına yaxınlaşaraq aparılan işlərə görə ölkə rəhbəri cənab İlham Əliyevə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. İcra Hakimiyyətinin başçısı sakinləri əmin etdi ki, bu qəbildən olan işlər ardıcıl olaraq davam etdiriləcəkdir. Hazırda şəhərin A. Məmmədov, Xətai, N.Nərimanov, C.Əliyev, Y.Mənsurov, Naxçıvan və bir sıra digər küçələrində quruculuq işləri uğurla həyata keçirilməkdədir. Görülən işlərə şəhər sakinləri razılıqlarını bildiriblər.Məqsədimiz Mingəçeviri başdan-başa nümunəvi şəhərə çevirməkdir. Cənab Prezidentin qarşımıza qoyduğu tapşırıqları layiqincə yerinə yetirməkdir. Gəlin hamılıqla bu işlərdə fəallıq göstərərək şəhərimizə töhfəmizi verək.

   

 

Esmira Hidayətova,

Mingəçevir

Kanal32.az

Leave A Reply

Your email address will not be published.