Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Düşün, Danış, Yüksəl” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində “Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri elan olunub, fərqlənən iştirakçılar mükafatlandırılıb, digər şagirdlər isə sertifikatlarla təltif olunublar. Tədbirdə həmçinin layihənin ümumi nəticələri dəyərləndirilib və iştirakçılar öz təəssüratlarını bölüşüblər.

Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər nəticəsində şagirdlərin natiqlik və təqdimat bacarıqlarında nəzərəçarpacaq inkişaf müşahidə olunub, onların auditoriya qarşısında sərbəst və inamlı çıxış etmə bacarıqları güclənib.
Layihə qarşıya qoyulan məqsədlərə nail olunaraq uğurla yekunlaşıb.
#GrantEduAz #IXQrant #BağlanışMərasimi #EduGrants


