Araşdırmaçı Jurnalist Agentliyi

İcra başçısının növbəti səyyar görüşü sakinlərin dərdlərinə əlac olacaqmı?-FOTOLAR

0 47

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü davam edir.

Azbelediyye.az “Kanal32”yə istinadən xəbər verir ki,Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü aprelin 4-də 9 nömrəli tam orta məktəbin akt zalında baş tutub. Görüşdə əraziyə yaxın yaşayış binalarının, eləcə də şəhərin başqa küçələrinin sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan yenidənqurma və quruculuq işlərindən bəhs edib. Bildirib ki, Mingəçevirdə abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. İcra Hakimiyyətində hazırlanan tədbirlər planına əsasən bu il şəhərimizin bütün ərazilərində, yaşayış massivlərində mərhələli şəkildə əsaslı təmir işləri həyata keçiriləcəkdir. Parklarda, istirahət məskənlərində, aparılan quruculuq işləri, nümunəvi məhəllələrin yaradılması vətəndaşların ürəyincədir. Bu məqsədlə il ərzində məhəllələrdə yeni uşaq meydançaları yaradılacaq, işıqlanma dirəkləri qoyulacaq, yaşıllıq zolaqları genişlənəcək, ağac tingləri və dekorativ gül kolları əkiləcək, söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaqdır. Ölkə Prezidentinin tapşırığına əsasən şəhərimizdə vətəndaşların rahatlığı üçün şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. Qarşılaşdığınız problemlərin həllinə nail olmaq üçün bu cür görüşlərin keçirilməsi işlərimizə yardımçı olur.

Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə ğörə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda problemlərdən danışılıb. Qeyd olunub ki, bəzi binalarda zirzəmilər su ilə dolu olur ki, bu da sağlamlıq üçün təhlükəlidir, ağaclar budanmalıdır, yağışlı günlərdə binanın damından su evə axır, oturacaqlar azlıq təşkil edir, işsizlik mövcuddur, bəzi küçələrdə yollar bərbaddır, kanalizasiya xəttinin çəkilişindən sonra bəzi ərazilərdə problemlər artıb və s.

     

Qaldırılan hər bir problemə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verib. Bildirib ki, sakinləri narahat edən bütün problemlərin həlli nəzarətə götürülməklə qısa vaxtda həllinə nail olunacaqdır.

 

 

Esmira Hidayətova,

Mingəçevir

Leave A Reply

Your email address will not be published.