Mingəçevirdə Respublika Fənn Olimpiadalarının finalçıları ilə görüş keçirilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Respublika Fənn Müsabiqələrinin (RFM) və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Kanal32.az xəbər verir ki,görüşdə Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova ,sektorunun əməkdaşı Günay Hüseynova və umumtəhsil məktəblərinin direktor müavinləri iştirak edib . Azərbaycan Respublikasının Dövlət Himnininin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə görüş açıq elan olunub.
Təhsil sektorunun müdiri Sevinc Həsənova yüksək nəticə göstərdikləri üçün şagirdlərləri ,onların müəllimlərini, valideynlərini təbrik edərək növbəti mərhələdə uğurlar arzuladı . Rayon(şəhər) mərhələsinin nəticələri istiqamətlər və siniflər üzrə təhlil olunub . Nəticələri yüksək dinamika üzrə izlənilən məktəblər və davamlı zəif nəticə nümayiş etdirən məktəblərin səbəbləri təhlil olunub .Hazırlıq prosesinin təşkili müzakirə olunub , hədəflər müəyyənləşdirilib. Mingəçevir şəhər üzrə ilkin qeydiyyatdan keçən şagirdin 307 nəfəri yarımfinal turunda iştirak edəcək.
Bu şagirdlərdən səkkiz nəfəri , bir şagird riyaziyyat fənni üzrə, digər yeddi şagird isə kimya fənnindən maksimum nəticə göstərərək 100 bal toplamışdır . 2023-2024 cü tədris ilində yarımfinal turunda iştirak edən şagirdlərlərin sayı 242,cari tədris ilində 65 nəfər artaraq 307 nəfər olmuşdur. 2022-2023 cü tədris ilində iki şagird Respublika Fənn Müsabiqələrinin mesalçısı olmuş ,2023-2024 cü tədris ilində bu göstərici altı dəfə artaraq on iki medalçıya qədər yüksəlmişdir. İstedadlı şagirdlərin vaxtında üzə çıxarılması, onlarla fərdi yanaşma təşkil edərək potensialın gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü fəaliyyətin nəticəsində bu gun təhsil nailiyyətlərimiz kəskin formada artmışdır .
Şagirdlərlər öz çıxışlarında həyəcan və sevinclə növbəti mərhələdə də yuksək səviyyədə iştirak edərək qalib olacaqlarına söz veriblər.
Kanal32.az