Ağdam Teatrının aktyoru qiraət müsabiqəsində II yerə layiq görülüb.
Kanal32.az-a verilən məlumata görə Ağdam Dövlət Dram Teatrının aktyoru, “Ümid” mükafatçısı Anar Əhməd xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə keçirilən “Ana Dili” adlı qiraət müsabiqəsində II yerin qalibi olub.
Aktyor sevincini “Adını daşıdığım şəxsiyyət– xalq yazıçısı Anar Rzayev ilə əyani görüşüb onun imzası olan diploma layiq görülmək qismətdə var imiş… ” sözləri ilə bildirib.
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı, Obraz Coffee House-un dəstəyi ilə baş tutan müsabiqənin məqsədi Azərbaycan dilinin gözəlliyini və poeziyasını gənc nəslə tanıtmaqdır.
Tədbirdə xalq yazıçısı Anar Rzayev, “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva, Əməkdar artist Qasım Nağı, rejissor Röyal Cəbiyev, Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev və digər tanınmış şəxslər iştirak ediblər.
Qaliblərə diplom, kubok, medal, “Qobustan” dərgisinin nəşrləri və xalq yazıçısı Anar Rzayevin imzalı kitabları təqdim olunub. Bütün iştirakçılar isə sertifikatla təltif olunublar.


KANAL32.az