Mingəçevirli şahmatçıdan Avropa birinciliyində uğurlu nəticə-FOTO

Mingəçevirli şahmatçı 10 yaşlı qızlar arasında keçirilən Avropa biriciliyinin gümüş mükafatını qazanıb.

Azbelediyye.az KANAL32.az-a istinadla  xəbər verir ki, 10 yaşlı qızlar arasında 29 oktyabr-7 noyabr tarixlərində Montenoqronun Budva şəhərində 90 şahmatçının iştirakı ilə keçirilən Avropa çempionatı  başa çatıb.

Mingəçevirli şahmatçı Əhmədli Mehriban Elmar qızı keçirdiyi 9 oyunun 6-da qələbə qazanıb, 3 oyunu isə heç -heçə ilə başa vurub. Yüksək nəticə göstərməyinə rəğmən o, yarım xal fərqi ilə çempionatı gümüş medalla başa vurub.

Qeyd edək ki, Əhmədli Mehriban həmyaşıdları arasında şahmat üzrə dünyanın ən güclülərindən hesab olunur. O, indiyədək  yaşıdları arasında 6 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa çempionu, 2 dəfə isə Dünya ikincisi olub.

Azər Səfərli