Mingəçevir Bələdiyyəsi illik hesabatını təqdim edib-TAM MƏTN

12 yanvar 2026-cı il tarixində Mingəçevir bələdiyyəsi 2025-ci ildəki fəaliyyəti barədə ictimaiyyətə illik hesabatını təqdim edib.

Hesabat məruzəsi ilə bələdiyyə sədri Anar İsmayılov çıxış edərək bələdiyyənin bir il ərzində gördüyü işlər haqqında – yerli büdcənin gəlir və xərclərindən, keçirilən mədəni-kütləvi və idman tədbirlərindən, aparılmış abadlıq işlərindən, sosial layihələrdən geniş məlumat verdi və qarşıda duran vəzifələrdən danışıb.

Azbelediyye.az Mingəçevir Bələdiyyəsinin 2025-ci il ərzindəki fəaliyyəti barədə hesabatı təqdim edir:

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi 2025-ci ildə fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edir.

2025-ci ildə bələdiyyə 32 iclas keçirib. Daimi komissiyaların arayış və təklifləri ilə iclasların gündəliyinə 208 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. İclaslarda müzakirə olunmuş məsələlərdən 99-u icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə, 3-ü şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 16-sı maddi yardımlarla, 90-ı təşkilati və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə bələdiyyəyə 1183 ədəd ərizə və məktub daxil olub. Bunlardan 65-i maddi yardımla, 136-ı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 118-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə, 3-ü tikinti və təmir işləri, 25-i ağac kəsimi və budanması ilə, 861-i arayış və məlumatlar almaqla bağlı müraciətlər olub.

Maddi yardımla bağlı müraciət edənlərdən 33 nəfərə pul yardımı edilib, digərlərinə Qurban payı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciət edənlərdən 44 nəfərinə mövsümi ictimai-iaşə, ticarət xidmətləri ilə məşğul olmaq üçün icazə verilib, 21 nəfərin icarəsinə, 13 nəfərin mülkiyyətinə torpaq sahələri ayrılıb. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 9 nəfər üçün qərar qəbul edilib ki, bunlardan 1 nəfəri şəhid ailəsi, 1 nəfəri Qarabağ müharibəsi əlilidir.

İl ərzində bələdiyyəyə 861 nəfər arayış və məlumatla bağlı müraciət edib və bu müraciətlər müsbət həll olunub. Digər müraciətlərə də “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, vaxtında baxılıb, vətəndaşlara əsaslandırılmış cavablar verilib.

Bələdiyyə sədri tərəfindən 237 nəfər qəbul edilib, qaldırılan məsələlərlə bağlı bələdiyyənin müvafiq komissiya və şöbələrinə tapşırıqlar verilib.

Hesabat dövründə bələdiyyəyə rəsmi orqanlardan 503 ədəd sənəd və məktub daxil olub. Onlardan 85-i Mərkəzi İcra Hakimiyyətlərindən, 4-ü Milli Məclisdən, 87-i yerli İcra Hakimiyyətindən,  327-ı müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib. Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsindən, Bələdiyyələrlə İş Mərkəzindən göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalardan çıxarışlar istifadə üçün komissiya və şöbələrə göndərilb.

2025-ci ildə bələdiyyənin gəlirləri 465000.61 manat olub.

Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

  • fiziki şəxslərdən torpaq vergisi 10547.93 manat;
  • fiziki şəxslərdən əmlak vergisi 42597.32 manat;
  • bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 10996 manat;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizim xidmətləri göstərən şəxslərdən alınan ödəniş 2990 manat;
  • bələdiyyyə ərazisində müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlardan ödəniş 3630 manat;
  • bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 115255 manat ;
  • icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 160064.36 manat;
  • icarəyə verilmiş əmlakdan icarə haqqı 12000 manat;
  • Dövlət büdcəsindən ayrılan dotasiya 81000 manat;
  • bələdiyyənin digər fəaliyyətindən (“Dəfn mərasimi” xidmətləri sahəsindən) gəlirlər 25920 manat olub.

Qeyd edək ki, bələdiyyə büdcəsinin gəlirləri ötən illə müqayisədə 13% artıb.

Hesabat dövründə bələdiyyənin xərcləri 385703.85 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir:

  • əmək haqqı və onunla bağlı sair ödəmələrə 229866.30 manat;
  • əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 55 manat;
  • əmək haqqına aid olan digər tutulmalara 7621.44 manat:
  • dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 3208.74 manat;
  • nəqliyyat xidmətləri haqqının ödənilməsinə 4079.86 manat;
  • rabitə xidmətləri haqqının ödənilməsinə 2665.68 manat;
  • ezamiyyə xərclərinə 1357 manat;
  • İnventar və avadanlığın alınmasına 1087.80 manat;
  • qaz sərfi haqqının ödənilməsinə 407.11 manat;
  • su və kanalizasiyadan istifadə haqqının ödənilməsinə 260 manat;
  • abadlıq və tikinti işlərinə 18586.62 manat;
  • maddi yardımlara 15022.49 manat;
  • əsas vəsaitlərin alınmasına 4531.20 manat;
  • bank xidmətlərinə 1541.18 manat;
  • mətbuata abunə xərclərinə 1164 manat;
  • mədəni-kütləvi tədbirlərə 1653.99 manat;
  • sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə, audit yoxlamasına, bələdiyyə saytının abunə xərci, dövlət rüsumu, poliqrafiya, biznes kartının balansının artırılması, hərracların təşkili mərkəzinə, Ərazi-tikinti-planlaşdırma mərkəzinə, İcra-probasiya idarəsinə, Kabel televiziya xidmətinə, Qiymətləndirmə
  • təşkilatına, BAMS onlayn xidmət mərkəzinə, mütəxəssis rəyinin alınmasına və s.) 16875.89 manat vəsait xərclənib.

2025-ci ildə Mingəçevir bələdiyyəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib:

  • 20 Yanvar və Xocalı soyqırımının qurbanlarının xatirələri yad edilib, müvafiq abidələr ziyarət edilib.
  • Milli Qəhrəman Dilqəm Nağıyevin anım gününün keçirilməsinə maddi dəstək verilib.
  • Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə bələdiyyədə tədbir keçirilib.
  • Novruz bayramına həsr olunmuş şəhər tədbirinin keçirildiyi S.Vurğun meydanı, arka və mozaikalar cari təmir edilib, iməcilik keçirilib.
  • “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında” Dövlət Proqramının icrası ilə bağlı məlumatlandırma tədbiri olub.
  • “Suverenlik və Konstitusiya” ili ilə əlaqədar məlumatlandırıcı “Dəyirmi Masa” təşkil olunub və ağacəkmə kampaniyası keçirilib.
  • Mingəçevir Dövət Universitetində “Bələdiyyə könüllülüyü haqqında” infosessiya təşkil olunub.
  • Bələdiyyə üzvləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş elmi konfransda iştirak ediblər.
  • Bələdiyyə Ulu Öndərin xatirəsinə məktəblilər arasında şahmat turniri keçirib. Beş gün davam edən turnirdə 100-ə yaxın gənc şahmatçı güclərini sınayıb. Ulu Öndərin doğum günündə qaliblər bələdiyyə tərəfindən Fəxri Fərman və medallarla təltif ediliblər.
  • Mingəçevir Dövlət Üniversitetində keçirilən “İxtisas bələdçisi” forumuna təşkilatı dəstək göstərilib.
  • Respublikada ilk dəfə olaraq, bələdiyyənin təşkilatçılığı ilə 31 may-

1 iyun tarixlərində I Mingəçevir Kitab sərgisi keçirilib. Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunub.  Sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb, 10 minə yaxın kitab nümayiş edilib.

Kitab sərgisində fəallıq göstərən bələdiyyənin könüllüləri bələdiyyə və Azərbaycan  Nəşriyyatları  Assosiasıyası tərəfindən mükafatlandırılıblar.

  • Bələdiyyədə təcrübə keçən MDU-nun tələbələrinə sertifikatlar verilib.
  • Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin əməkdaşları bələdiyyə üzv və qulluqçularının iştirak ilə .Yarışlarda region üzrə eminar-müşavirə keçiriblər.
  • Turizmin inkişafı üçün Mingəçevir bələdiyyəsi ilə Mingəçevir Regional Turizm İdarəsi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.
  • FHN Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə bələdiyyənin kollektivi ilə “Fövqaladə hallarla bağlı davranış qaydaları”  mövzusunda maarifətləndirici tədbir keçirilib.
  • 27 sentyabr-Anım gününə həsr olunmuş “Dəyirmi Masa” keçirilib.
  • “Şəhər günü”nə həsr edilmiş  “Bələdiyyə kuboku” uğrunda minifutbol yarışı keçirilib. Qaliblər bələdiyyə tərəfindən kubok,medal, diplom və simvolik idman hədiyyələri ilə təltif olunublar.
  • “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Bələdiyyə kuboku” uğrunda cüdo yarışları keçirilib. Yarışlarda region üzrə 12 çəki dərəcəsində 160-a yaxın uşaq və yeniyetmə iştirak edib. Qaliblər kubok, medal və diplomlarla təltif olunublar.
  • 8 noyabr – Zəfər bayramı münasibəti ilə tədbir keçirilib. Bələdiyyə qulluqçuları olan müharibə veteranları bələdiyyə həmkarlar təşkilatı tərəfindən pul mükafatı ilə təltif olunublar.
  • Bələdiyyə sədri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının hesabat yığıncağında çıxış edərək vacib məqamlara toxunub.
  • Bələdiyyənin təşkilatçılığı ilə şəhər miqyaslı “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin, Şəhər Narkoloji Dispanserin, Rayonlararası Ruhi Əsəb Xəstəlikləri Dispanserinin, şəhər polis şöbəsinin, şəhər mərkəzi xəstəxanasının nümayəndələri, tələbələr, QHT və KİV təmsilçiləri istirak ediblər.
  • Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Sən eıə bir zirvəsən” mövzusunda “Dəyirmi Masa” təşkil olunub.
  • Uşaq Nevroloji Sanotoriyasında müalicə olunan 20 uşaq və inkluziv təhsil alan, sağlamlıq məhdudiyyəti olan 55 şagird üçün bayram tədbirləri keçirilib. Onlara bələdiyyə tərəfindən hədiyyələr təqdim olunub.
  • Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə bələdiyyənin üzv və qulluqçularının istirakı ilə bayram tədbiri keçirilib.
  • Bələdiyyə sədrinin və üzvlərinin iştirakı ilə il  ərzində müxtəlif görüşlər təşkil olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla, Milli Məclisin deputatı Aydın Mirzəzadə ilə, şəhid ailələri ilə, qazilərlə, şəhər Ağsaqqaları Şurasının üzvləri ilə, idmançı Rövşən Xəlilovla, bələdiyyənin könüllüləri ilə, məhəllə komitələri ilə (A.Məmmədov küçəsi 6/1, Naxçıvan küçəsi 48, N.Nərimanov pr. 45, N.Nərimanov pr. 44, Ş.İ.Xətai küçəsi 14, A. Məmmədov küçəsi 5a,  P.Vaqif küçəsi 12 saylı  binaların sakinləri ilə) maraqlı görüşlər olub.

Hesabat dövründə əhalinin həssas qruplarına müxtəlif cür yardımlar        edilib: Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız ailələrə 500 kq qurban əti paylanıb.

Şəhid ailəsi Telman Nağıyevə 100 manat, şəhid bulağının tikintisi üçün şəhid qardaşı Mehman Ağakişiyevə 1044 manat, Yeni il şənliyinin keçirilməsi üçün şəhid atası Ariz İbrahimova 250 manat, I qrup Qarabağ müharibəsi əlili Əbulfət Məmmədova 50 manat, imkansız ailələr Leyla Ağalarovaya övladının təhsil haqqının ödənilməsi üçün 250 manat, Adilə Qurbanovaya və Cavid Cavadova övladlarının müalicəsi üçün 250 manat, 1-ci qrup əlil Mübariz İmamverdiyevə 50 manat, 2-ci qrup əlil Əlixan Əliyevə 50 manat, bələdiyyə qulluqçusu, fəhlə Rəfail Məmmədova 100 manat maddi yardım edilib. Ümumilikdə, il ərzində 33 nəfərə 6974 manat pul yardımı verilib.

Şəhid ailələri Oruc Əhmədova, Buluş Elyasovaya, Nəhayət Həsənovaya, Reyhanə Ağakişiyevaya və Kamran Osmanova şəhid bulaqlarının yanına qoyulması üçün  12 ədəd oturacaq verilib.

Hesabat dövründə Bələdiyyə tərəfindən müxtəlif ünvanlarda abadlıq işləri aparılıb.

  • 20 Yanvar küçəsi 18,20,22 saylı binaların qarşısındakı mini-parkda yenidənqurma-abadlıq işləri görülüb. Belə ki, yararsız vəziyyətə düşmüş parkda oturacaqlar təmir olunaraq rənglənib, idman qurğuları yenilənib, mini-futbol meydançası və qurğuların yerləşdiyi sahə asfaltanıb, yeni kölgəlik qoyulub, ağaclar budanıb, ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
  • Sakinlərin müraciəti əsasında şəhid Hüseyin Abbasəliyev küçəsində təmizlik işləri aparılıb, ərazidə səliqə-sahman yaradılıb.
  • Şəhid ailələrinin müraciətləri əsasında Şəhidlər Xiyabanının yaxınlığında, A.Məmmədov  küçəsi, 16 saylı binanın qarşısısında yerləşən xeyr-şər mağarı təmir edilib.
  • Məhəllə komitəsinin müraciəti ilə Məmmədov küçəsi 5a saylı binanın qarşısındakı xeyr-şər mağarının əsaslı təmiri üçün tikinti materialları alınaraq sakinlərə verilib.

 

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prizdentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının icrası ilə əlaqədar müraciət edən 13 sahibkarın mülkiyyətinə 0,1307 ha, 21 sahibkarın icarəsinə 1,034 ha torpaq sahəsi verilib. Eyni zamanda kənd təsərrüfatı ilə məşğul  olmaq üçün 1 nəfərin icarəsinə 1,8 ha torpaq sahəsi ayrılıb. 9 nəfərin isdifadəsində olan fərdi ev tikintisi üçün 0,3251 ha torpaq sahəsi onların mülkiyyətinə  verilib.

Sonda qeyd edək ki, 2026-cı il üçün bələdiyyə büdcəsinin proqnozu müzakirə edilərək təsdiqlənib. Həyata keçiriləcək sosial layihələrin, ekoloji və iqdisadi inkişaf proqramlarının siyahısı dəqiqləşdirilib və iş planına salınıb.

Əminik ki, bundan sonra qarşıya çıxan problemləri aradan qaldıraraq daha çox yerli əhəmiyyətli məsələlərin həlli üçün bələdiyyə üzv və qulluqçuları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, potensiallarından tam istifadə edəcəklər.