G7 ölkələrinin bəyanatında “Putin yenidən Avropa qitəsinə müharibə gətirdi, özünü tarixin yanlış tərəfində yerləşdirdi”. ifadəsindən istifadə edilmişdir.
Annalena Burbok Moskvanı ərzaq böhranını qəsdən yaratmaqda ittiham edib
“Böyük Yeddilik” (G7) ölkələri Ukraynadakı müharibə fonunda Rusiyaya dünyanı aclıq dövrünə sürükləməyə imkan verməyəcək. Bunu Almaniyanın Xarici İşlər naziri Annalena Burbok ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.
Alman diplomatiyasının rəhbəri Moskvanı ərzaq böhranını qəsdən yaratmaqda ittiham edib. “Biz beynəlxalq tərəfdaşlarla birlikdə Rusiyanın taxıl böhranından istifadə edərək, ərzaq məhsullarının bahalaşmasına töhfə verərək, dünyada vəziyyəti qeyri-sabitləşdirmək cəhdlərini izləyirik”, – XİN rəhbəri bildirib.
Burbok qeyd edib ki, sənayeləşmiş dövlətlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaratdığı problemlərə görə xüsusi məsuliyyət daşıyır.
Onun sözlərinə görə, Berlin Vaşinqtonla koordinasiyada hərəkət edir.
ABŞ dövlət katibi həmçinin Rusiyanın aqressiv hərəkətlərini, o cümlədən Moskvanın taxıl və digər ərzaq ixracatını əngəlləməsini tənqid edib. “Biz ümumi dəyərləri qorumaq üçün birləşmişik. Biz insan haqlarının, demokratiyanın və beynəlxalq hüququn qorunması naminə birləşmişik”, – Blinken bildirib.
azbelediyye.az