Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbini bu il bitirən 17 məzun respublikamızın müxtəlif ali təhsil müəssisələrinə daxil olaraq tələbə adını qazanıblar.
Abituriyentlərdən bir nəfəri 600-dən, 1 nəfər 500-dən, 2 nəfər 400-dən, bir abituriyent 300-dən, 10 abituriyent 200-dən, 2 nəfər isə 100-dən artıq bal toplayaraq müxtəlif ali məktəblərə daxil olublar.
Məktəbin direktoru Camal Bərxudarovun verdiyi “Kanal32”yə verdiyi məlumata görə, 609,4 balla tələbə adını qazanan abituriyent Murad Abışov Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinə daxil olub. Camal Əlizadə isə 599 balla Milli Aviasiya Akademiyasının uçuş mühəndisliyi fakültəsinə daxil olaraq tələbə adını qazanıb. Elgün Əsgərov 485 balla Azərbaycan Dövlər Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi, Elnar Xəlili 424 balla Xəzər Universitetinin Kompüter mühəndisliyi, Əhmədli Bəxtiyar 369 balla Qərbi Kaspi Universitetinin biologiya fakültəsinə daxil olub. 285 bal toplayan Ayhan İsayev Azərbaycan Kooperasiya Universitetinin sosial iş, 281,4 bal toplan Əminə Yusifli Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fəaliyyəti, 274 bal toplayan Məhəmməd Abbaslı Qərbi Kaspi Universitetinin Mexanika və Robototexnika mühəndisliyi, 271,7 bal toplayan Gülazər İsayeva isə Azərbaycan Texnologiya Universitetinin informasiya texnologiyaları fakültəsinə daxil olaraq qələbə adını qazanıblar. Məktəbin məzunu Mənsurə Əhmədli də bu il tələbə adını qazananların sırasındadır. O, 265,8 balla Milli Aviasiya Akademiyasının ekologiya mühəndisliyi fakültəsinin tələbələri arasında təhsil alır.

Bundan başqa Həyat Həsənova 250 balla Azərbaycan Texnologiya Universitetinin kompüter mühəndisliyi, Aytac Hüseynova 221 balla Gəncə Dövlət Universitetinin maliyyə, Gülnar Kərimova 217 balla Gəncə Dövlət Aqrar Universitetinin ekologiya, Davud Əliyev 213 balla Azərbaycan İdman Akademiyasının fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi, Zöhrə Səfərli isə 204 balla Gəncə Dövlət Universitetinin ekologiya fakültəsinə daxil olublar. Məzunlardan iki nəfəri İdman Akademiyasının tələbəsi adını qazanıb. Onlar 178 balla kütləvi sağlamlaşdırıcı idman fakültəsinə daxil olan Ceyhun Həsənov və 141 balla məşqçilik fakültəsinə daxil olan Vüqar Səfərlidir.
Məktəbin direktoru Camal Bərxudarovun sözlərinə görə, tədrisin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar davam etdirilir. Məktəb direktoru bu işdə valideyn-məktəb münasibətlərinin də mühüm rol oynadığını bildirib. O, hazırki və növbəti tədris illərində daha yüksək nəticələrə nail olmaq üçün bu istiqamətdə görülən işlərin ardıcıl davam etdiriləcəyini vurğulayıb.
Valideynlər də övladlarının yaxşı təhsil alması üçün məktəblə daimi təmasda olduqlarını deyiblər. Məktəbin Valideyn Komitəsinin sədri Samirə Əliyeva valideynlərin təhsildəkı rolunun vacibliyini vurğulayaraq onların bu işə verdiyi töhfədən danışıb. Hazırda rəhbərlik etdiyi Valideyn Komitəsində cəmləşən valideynlərin hər zaman məktəblə əlaqə saxladığını, övladlarının dərsə davamiyyəti və digər məsələlərlə bağlı müəllimlərlə mütəmadi təmas yaratdıqlarını bildirib.
İxtiyar Həsənli