Araşdırmaçı Jurnalist Agentliyi

Mingəçevirdə “Nano Aləm”layihəsinin təqdimatı keçirilib-VİDEO+FOTOLAR

0 245

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant layihəsi üzrə uğur qazanmış daha bir  layihənin təqdimatı keçirilib.

Azbelediyye.az Kanal32.az-a istinadən xəbər verir ki,Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant layihəsinin növbəti qaliblərindən biri də  Mingəçevir şəhər Y.Muradov adına 11 №-li tam orta məktəbin biologiya müəllimi Aygün Quliyevanın təqdim etdiyi “Nano Aləm” layihəsi olub.

Mingəçevir şəhər Y.Muradov adına 11 №-li tam orta məktəbdə sözügedən layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər sektorunun müdiri Sevinc Həsənova, təhsil layihələri üzrə ekspert Etiram Sadıqzadə, 11 №-li tam orta məktəbin direktor əvəzi Sevda Şükürova, bir neçə məktəb direktoru və sözügedən təhsil ocağının kollektivi iştirak edib.

Təqdimat mərasimini giriş sözü ilə layihənin rəhbəri Aygün Quliyeva açıb.O, layihənin əsas məqsədi, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və layihədən gözləntilər barədə danışıb. Layihənin müasir təlim metodlarına və informasiya texnologiyalarına əsaslandığını diqqətə çatdırıb. Eyni zamanda layihənin ekspert qrupu haqqında məlumat verib. Müəllimlərə yaratdığı imkana görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib.

Təhsil sektorunun müdiri Sevinc Həsənova bildirib ki, layihənin qalibi Aygün Quliyeva olsa da, qazanan və bəhrələnən şagirdlər olacaq. Bu da layihədə iştirak edən şagirdlərin əlavə biliklərə yiyələnməsi baxımından olduqca mühüm amildir. Sevinc Həsənova onu da bildirib ki, təhsilinin inkişafına və tədrisin keyfiyyətinin artırılmasına xidmət edən və bu qəbildən olan layihələrə hər zaman dəstək verməyə hazırdılar.

Digər çıxışçılar-təhsil layihələri üzrə ekspert Etiram Sadıqzadə və 11 №-li tam orta məktəbin direktor əvəzi Sevda Şükürova öncə layihənin rəhbəri Aygün Quliyevanı qazandığı uğur münasibəti ilə təbrik ediblər. “Nano Aləm” layihəsinin biologiya fənninin tədrisindəki rolununun müsbət tərəflərini diqqətə çatdırıblar.

Mənbə: Kanal32.az

Leave A Reply

Your email address will not be published.