Araşdırmaçı Jurnalist Agentliyi

Mingəçevir şəhər 16 №-li tam orta məktəbdə yubileyi tədbiri keçirilib-FOTOLAR

0 83

Mingəçevir şəhərinin 75 illik yubleyi ilə əlaqədar olaraq şəhərdə silsilə tədbirlər davam edir.

Azbeleiyye.az “Kanal32″yə istinadən bildirir ki,bu mövzuda keçirilən tədbirlər mingəçevirin təhsil müəssisələrində şagirdlərin və müəllimlərin iştirakı ilə daha möhtəşəm həyata keçirilir. Belə ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər təhsil sektoru(MARTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı keçirilən tədbirlər şagirdlər üçün stimul yaradır. Şagirdlərdə bu tədbirlərə böyük həvəslə hazırlaşırlar. Onlar bu kimi tədbirlərdə MDU alimlərinin ,şəhərin əmək veteranlarının dəyərli məsləhətlərini dinləyir ,veteran müəllimlərin onlarla bölüşdükləri təhsillə bağlı fikirləri şagirdlər arasında böyük maraq oyadıb.

Həmçinin, şagirdlərdə öz növbələrində yaşadıqları şəhərin həm dünəni və bu günü ilə bağlı mükəmməl bilgilər əldə edirlər. Bu gün isə şəhərin 75 illiyinə həsr edilmiş”Mingəçevir şəhərinin dünəni və bu günü”mövzusunda 16 nömrəli tam orta məktəbdə möhtəşəm tədbir keçirilib.

Tədbirdə şəhərin əmək veteranlarıı,təhsil sektorunun əməkdaşları, MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev, MDU-nun müəllimi,AMEA Tarix İnstitutunun dissertantı Vüsalə Mövlayeva, MDU-nun müəllimi AMEA Arxelogiya,Etniqrafiya və Antropologiya İnstitutunun dissertantı Aygün Qədirova,iştirak ediblər.

Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Aygün Quliyeva Mingəçevir şəhərinin və 16 nömrəli məktəbin uğurlarından söz açıb.O cümlədən şəhərin qarşıdan gələn yubleyi ilə əlaqədar şəhərdə aparılan quruculuq-abadlıq işlərindən,Mingəçevir öz yubley ilinə böyük coşqu ilə hazırlaşdığını bildirib.

Tədbirdən öncə qonaqlar məktəbin foyesində düzənlənmiş mingəçevirlə baglı şagirdlərin əl işlərinə,şəhidlərin xatirəsinə hazırlanmış güşəyə baxıblar. Tədbirin rəsmi hissəsində şagirdlərin maragına səbəb olacaq bir-birindən maraqlı çıxışlar olub.

   

Çıxış edən natiqlər MDU-nun müəllimləri Vüqar Mustafayev,Vüsalə Mövlayeva,Aygün Qədirova, əmək veteranları Mingəçevirin qədim tarixindən, təbii-coğrafi mövqeyindən və sosial-iqtisadi inkişafından bəhs ediblər. Dövlətin yüksək diqqət və qayğısı sayəsində Mingəçevirdə təhsil, mədəniyyət, incəsənət, idman və sağlamlıq sahələrində gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat veriliblər.

Tədbirin bədii hissəsi isə rəngarəng rəqslər,musiqi və şagirdlərin Mingəçevirə aid söylədikləri şeirlərlə başa çatıb.

 

Esmira Hidayətova

Leave A Reply

Your email address will not be published.