Ağdərədə ilk dəfə “Prezident Kuboku-2026” beynəlxalq reqatasına start verilib-FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2026” reqatası başlayıb.

“Azərbaycan Bələdiyyəsi” KANAL32.az-a istinadla xəbər verir ki, Ağdərə rayonunun ərazində yerləşən Sərsəng su anbarında baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra ərazi bütüövyümüz uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq səviyyəli reqatanın ilk dəfə Sərsəng su anbarında təşkil olunmasının qürurverici hadisə olduğunu  deyib və yarışın ideoloji əhəmiyyətinə diqqət çəkib.O, yarışın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndiməklə yanaşı, hər ötən il daha da təkmilləşdiyini vurğulayıb. Nazir bildirib ki, idmançılar həm Sərsəng,həm Suqovuşan,həm də Kür çayında keçiriləcək yarışdan yüksək zövq alacaq və maraqlı mübarizə nümayiş etdirəcəklər. Sonra tədbir nümunəvi çıxışlarla davam etdirilib. Proqram çərçivəsində helikpter vasitəsi ilə Azərbaycanın şanlı bayrağı səmada dalğalandırlıb,həmçinin milli musiqi və rəqs nömrələri  tamaşaçılara təqdim olunub.

Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Beynəlxaq yarışa mayın 1-də yekun vurulacaq.

FOTOLAR: Elman Nəbiyev,kanal32.az