Ağdam teatrının aktyoru beynəlxalq festivalda uğur qazanıb-FOTO

22–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Beynəlxalq Folklor Rəqs və Musiqi Festivalı”nda Ağdam Dövlət Dram Teatrının gənc aktyoru, bədii qiraət üzrə respublika birincisi, “Ümid” mükafatı laureatı Anar Əhməd Azərbaycanı təmsil edib.

Aktyorun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və proqram anşlaqla keçib. O, Bəxtiyar Vahabzadənin “Azərbaycan–Türkiyə” və “Bayraq” şeirlərini “Dalğalanan bayraq” kompozisiyası ilə təqdim edib.

Uğurlu çıxışına görə Anar Əhməd Tuzla Bələdiyyəsi tərəfindən “Təşəkkür belgesi” ilə təltif olunub.

Mənbə: KANAL32.az