Araşdırmaçı Jurnalist Agentliyi

Bayden: “Rusiyanın nüvə silahından istifadəsinə cavabı müzakirə etmişik”

27

ABŞ administrasiyası Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə edəcəyi halda ABŞ-ın cavabını müzakirə edib.

Bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

“Bununla bağlı müzakirələr olub, lakin nəyi edə biləcəyimiz və edə bilməyəcəyimiz barədə danışmaq məsuliyyətsizlik olardı”, – deyə o bildirib.

ABŞ prezidenti Vladimir Putinin Ukrayna münaqişəsində taktiki nüvə silahından istifadə edəcəyini düşünmür:

“Onun bunu edəcəyini düşünmürəm. Həm də hesab edirəm ki, onun bu barədə danışması məsuliyyətsizlikdir”.

Baydenin fikrincə, Ukraynada taktiki nüvə silahından istifadə “dəhşətli nəticələrə” gətirib çıxaracaq.

Leave A Reply

Your email address will not be published.