Araşdırmaçı Jurnalist Agentliyi

Baş prokuror: Gəncə terrorunu törədənlər axtarışa verilib

27

Ermənilərin şəhərlərimizə atdıqları raket zərbələrinin nəticəsində ən çox tələfat və dağıntı Gəncədə olub.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin dövrdə 3 ailə tamamilə məhv olunub, 6 uşaq həlak olub: “Biz bunların hamısını xatırlayırıq. Həmin dövrdə bunlara cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz döyüş meydanında irəliləyir, düşmənə layiqincə cavab verir, torpaqlarımızı işğaldan azad edirdi. Ermənilər aciz duruma düşmüşdü. Bu səbəbdən bizim mülki şəhərlərimizə raket zərbələri endirirdilər. Bu hadisələrlə bağlı Baş Prokurorluqda 3 cinayət işi qaldırılıb. Hadisəni törədən şəxslər müəyyən olunub. Hərbi-siyasi tapşırığı verənlər və icra edənlər tərəfimizdən axtarışa verilib”.

Leave A Reply

Your email address will not be published.