Araşdırmaçı Jurnalist Agentliyi

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Serbiyada keçirilən konfransda iştirak edib

0 235

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi biologiya elmləri doktoru Şahniyar Bayramov Serbiyada elmi ezamiyyətdə olub.
İnstitutdan bildirilib ki, alim Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən “RoxsyCOST” proqramının ikinci illik konfransında iştirak edib. Konfransda hipoksiyanın təsirindən meyvələrin yetişməsi və onların saxlanması zamanı müasir fizioloji, genomiks və metabolomiks səviyyələrində aparılan tədqiqat işlərinin nəticələri təqdim edilib. Dinlənilən məruzələr ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Konfrans zamanı hipoksiya, meyvə fiziologiyası və məhsul yığımından sonra saxlanma haqqında müzakirələr aparılıb və gələcəkdə bu problemin həlli üçün birgə işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Ş.Bayramov konfransın işçi qrupunun bu sahədə qarşıda duran problemlərin həlli yolları və gələcəkdə görüləcək elmi-tədqiqat işlərinin planları haqqında müzakirələrdə iştirak edib. Alim yeni qrant layihələrinin hazırlanması və beynəlxalq qrant layihələrində iştirak etmək üçün bir sıra alimlərlə fikir mübadiləsi aparıb.

Leave A Reply

Your email address will not be published.