Manset.az xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.
İcarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir. Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır.