Araşdırmaçı Jurnalist Agentliyi

Xaldan kənd kompleks tam orta məktəbində layihənin açılış mərasimi keçirilib-FOTOLAR

0 192

26 oktyabr 2023-cü il tarixində “Məktəbdə təhsilalan, təhsilverən və valideyin əməkdaşlığı ilə sahibkarlıq fəaliyyətinin yaradılması və sağlam qidalanmanın təşkili” adlı layihənin açılış tədbiri keçirilib.

Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadə tədbir iştirakçılarını salamlayaraq ilk öncə məktəb haqqında ətraflı məlumat verib.  1975-ci ildən Xaldan kənd orta məktəbində istixananın fəaliyyət göstərdiyini, şagirdlərin burada tərəvəz yetişdirdiyi, tədris-təcrübə sahəsi kimi istifadə etdiyini diqqətə çatdırıb. 1986-cı ildən məktəbin “kompleks məktəb” statusu aldığını və elə o vaxtdan məktəbdə quşçuluq, heyvandarlıq, meyvəçilik təsərrüfatlarının yaradıldığını bildirib.

Məktəbin uzun bir durğunluq dövrü keçdikdən sonra, meyvə bağı, limon istixanası istisna olsada, digər təsərrüfat sahələrinin fəaliyyətinin dayandığını və istifadəyə yararsız hala gəldiyini, layihənin məqsədinin bu ənənənin yenidən yaradılması və fəaliyyətinin inkişaf etdirilməsinə nail olmaq olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Yevlax Şəhər Təhsil Sektorunun müdiri Namidə Abbasova, Xaldan kənd kompleks tam orta məktəbinin böyük ərazisi, təsərrüfat üçün yararlı geniş torpaq sahəsi olduğunu diqqətə çatdıraraq layihənin uğurlu olacağına əminliyini ifadə edib.  Biologiya, Təbiətşünaslıq, Texnologiya və digər fənnlərin tədrisi zamanı əyaniliyin olmaması mövzularını diqqətə çadıran N. Abbasova layihədən Xaldan kompleks məktəbi ilə yanaşı Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyət göstərən digər məktəblər üçün də faydalı olacağını bildirib.

Sonra sözügedən layihənin eksperti, layihələr üzrə təlimçi və ekspert, Abral Academy tədris mərkəzinin müəllimi, media nümayəndəsi  Aynur Quliyeva Elm və Təhsil Nazirliyinin elan etdiyi Elm və İnnovasiyalar üzrə 7- ci qrant layihələrinin təhsilin inkişafı, şagirdlərin sosial maarifləndirilməsi ilə yanaşı, məktəblərdə maddi texniki bazanın gücləndirilməsinə verdiyi töhfələrdən bəhs edib. Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.

layihənin təlimçisi Mingəçevir Dövlət Universiteti (MDU)- in gənc müəllimi Aytac Cavadova tədbir iştirakçılarına layihə müddətində keçiriləcək təlimlərin faydalılığından bəhs edib və layihənin işinə uğurlar arzu edib.

Tədbirdə iştirak edən Təhsil sektor müdirinin əməkdaşı Ümidvar Məmmədov, Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova, Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova, Yevlax şəhər 4 nömrəli tam orta məktəbin direktoru Zərif Mehtiyevada ,Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova tədbirdə çıxış edərək, layihənin uğurla həyata keçirilməsi istiqamətində öz fikir və təcrübələrini bölüşüblər.

   

Aynur Araz

Leave A Reply

Your email address will not be published.