Araşdırmaçı Jurnalist Agentliyi

Mingəçevirin bu məktəbinin lisey siniflərindən maraqlı addım-FOTOLAR

0 101

Mingəçevir şəhər S.Vurğun adına16 №-li tam orta məktəb mütamadi olaraq şagirdlərin bilik və bacarıqlarının artıqmaq üçün müxtəlif səpkili silsilə tədbirlər  keçirir.

Kanal32.az xəbər verir ki,belə tədbirlərdən biri də oktyabrın 31-də  lisey sinifləri arasında keçirilən və uşaqlar tərəfindən maraqla qarşılanan Halloven tədbir idi. Şagirdlər bu tədbiri ingilis dilində çox böyük məharətlə nümayiş etdirdilər.

Tədbirdə digər qonaqlarla yanaşı ABṢ -ın Dövlət Departamenti tərəfindən dəstəklənən Ingilis dili Mütəxəssisləri(English Language Fellows ) proqramı çərçivəsində TESOL mütəxəssisi Anna Cannon da iştirak edib.

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Aygün Quliyeva qonaqları salamlayıb və tədbirin keçirilməsinin məqsədini bildirib. Qeyd edib ki, tədbirin əsas məqsədi şagirdlərdə İngilis dilinə olan marağı daha da artırmaq, İngilis dilini öyrənməyi daha əyləncəli formada daha effektli etməkdir.

Məktəbin ingilis dili müəllimi Kərimova Dürdanə ABṢ -ın Dövlət Departamenti tərəfindən dəstəklənən Ingilis dili Mütəxəssisləri(English Language Fellows ) proqramı çərçivəsində TESOL mütəxəssisi Anna Cannon -a məktəbdə ingilis dilinin tədrisinə boyük əhəmiyyət verilməsi və Mingəçevir şəhərinin tarixi və strateji əhəmiyyəti haqda geniş məlumat verib.

Sonda fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunub.

 

Esmira Hidayətova,

Mingəçevir

Leave A Reply

Your email address will not be published.