Araşdırmaçı Jurnalist Agentliyi

“Özünü Yarat”layihəsi uğurla yekunlaşıb-FOTOLAR

0 175

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Pənah Kərimovun “Tələbə Təşəbbüsü” istiqaməti üzrə müəllifi olduğu Create Yourshelf  (Özünü Yarat) layihəsi uğurla yekunlaşıb.

Azbelediyye.az xəbər verir ki,mərasimdə layihə rəhbəri Pənah Kərimov Gənclər fondunun 13-cü qrant müsabiqəsinin nəticəsinə əsasən fondun maliyyələşdirdiyi layihənin uğurla həyata keçirildiyini qeyd edib, yaradılan şərait üçün üçün fondun rəhbərliyinə öz minnətdarlığını ifadə edib.

Tələbə gənclərin sosial fəaliyyətlərində yaranan məhtudiyyətlərin günümüzün gənclərinin qarşılaşdığı problem olduğunu bildirən layihə rəhbəri tələbələrin dərs zamanı auditoriya qarşısında həyəcanlanması, tutulması, təqdimatını düzgün apara bilməməsinə səbəb olan bu kimi problemlərin aradan qaldırılması üçün keçirilən təlimlərində “Create Yourshelf” layihəsinin iştirakçıların böyük maraqla iştirak etdiklərini bildirib.

“Tələbə Təşəbbüsü” istiqaməti üzrə Create Yourself layihəsində iştirak edən gənclər sonda sertfikatlarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu 7-27 iyul – 2022-ci il tarixlərində həyata keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi üçün layihə qəbulu həyata keçirib. Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 178 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

 

Leave A Reply

Your email address will not be published.